12 C
Baku
Thursday, March 28, 2024

Real qiyməti sıfır ola bilər

“Bitcoin”in real qiyməti əslində sıfıra bərabər ola bilər.

Bu ABŞ-ın “Morgan Stanley” bankının analitiki Ceyms Foset (James Faucette) “Bitcoin Decrypted” adlı məqaləsində bildirib.

Məqalədə qeyd olunur ki, “bitcoin” bir valyuta kimi fəaliyyət göstərməməklə birlikdə, həmçinin bir yığım vasitəsi (qızıl, gümüş kimi) davranmır. Bu, virtual valyutaya qiymət vermək çox çətindir.

C.Foset “bitcoin”in həqiqi dəyəri ilə əlaqədar bir sıra fikirlər səsləndirib: “Birincisi, “bitcoin” faiz gəliri vermədiyi üçün pul vahidi hesab edilə bilməz. İkincisi, “bitcoin”i rəqəmsal qızıla bənzətsələr də, o, qızıl ola bilməz. Çünki qızıl elektronika sahəsində və zinət əşyalarında istifadə olunur. Üçüncüsü, “bitcoin”in gündəlik alqı-satqı həcmi orta hesabla 3 mlrd. dollara çatıb. Amma valyuta bazarının gündəlik əməliyyatlarının həcmi 5,4 trln. dollar təşkil edir. “Bitcoin”lə gündəlik 300 mln. dollarlıq mal və xidmət alışı həyata keçirilirsə, “Visa” kart sistemi ilə bu, gündəlik 17 mlrd. dollar təşkil edir”.

Foset hesab edir ki, rəqəmsal valyuta getdikcə dünya tərəfindən nüfuzdan düşəcək və artıq bu bazar daralmağa başlayıb. Belə ki, əgər 2016-cı ildə dünyanın aparıcı 5 internet alış-veriş şirkəti “bitcoin”lə əməliyyat keçirirdisə, hazırda onların sayı 3-ə enib.

– Report

Son xəbərlər
Digər xəbərlər