“Real” Ronaldunun qiymətini açıqladı

Madirin “Real” klubu portuqaliyalı hücumçu Kriştianu Ronaldunun transfer qiymətini səsləndirib.

Oxu.Az xəbər verir ki, bu haqda “El Mundo” nəşrində məlumat yayılıb.

Məlumata əsasən, klub rəhbərliyi onu azı 200 milyon avroya satmaq niyyətindədir.

Ronaldunun klubla olan müqaviləsi 2021-ci ildə qüvvədədir. Futbolçu müqavilədə bəzi şərtləri yeniləməyi xahiş etsə də, onun bu istəyi təmin olunmayıb.

Ronaldu klubda qalması üçün “Real”ın ona illik 80 milyon avro ödəməsini tələb edirdi.