Regional Hüquqşünas – “Vijn Fond AzərKredit”

“Vijn Fond AzərKredit” MMC Regional Hüquqşünas vəzifəsinə işçi qəbulunu elan edir.

İş yeri uğurlu namizədin yaşayış yerindən asılı olaraq AzərKredit təşkilatının Azərbaycan Respublikasının müxtəlif rayonlarında yerləşən filiallarında olacaq.

Əsas vəzifə və öhdəlikləri:

  • Hüquq departamentinin Məhkəmə işləri üzrə Menecerinin ümumi nəzarəti və rəhbərliyi altında, əməkdaşlar arasında aparılmış iş bölgüsünə müvafiq olaraq, Azərkreditin daxili hüquqi təminat, ekspertiza və təhlil işinin aparmaq;
  • Məhkəmə işləri üzrə Menecerin tapşırığı əsasında AzərKreditin hüquq və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiə etmək;
  • Tərəf-müqabilləri ilə bağlanan müqavilələrin layihələrinin hazırlanması, təqdim edilən müqavilə layihələrinin və digər sənədlərin hüquqi ekspertizasının həyata keçirimək;
  • Məhkəmə işləri üzrə Menecerin tapşırığı əsasında İşəgötürənin filial və nümayəndəlikərinin yerləşdiyi regionlara mütəmadi səfərlər etmək və ya digər işləri həyata keçirmək;
  • AzərKreditin müştərilərə verdiyi kreditlər üzrə yaranmış gecikmələrin və problemlərin həlli məqsədilə məhkəmədən öncə, məhkəmədənkənar və məhkəmə qaydasında işin aparılmasını təmin etmək;
  • AzərKreditin regional ofislərində hüquqi işlərin gedişatını izləmək və işləri lazımı qaydada aparılması barədə müvafiq menecerlərlə işi koordinasiya etmək;
  • Əmək funksiyalarına uyğun AzərKredit rəhbərliyinin və Məhkəmə işləri üzrə Menecerin digər tapşırıqlarını yerinə yetirmək
  • Təşkilatın fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

 

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Hüquq üzrə ali təhsil;
  • Hüquqşünas vəzifəsində ən azı 1 illik iş təcrübəsi;
  • Mülki-prosessual hüquq sahəsində və ya kredit borclarının yığılması sahəsində iş təcrübəsi arzuolunandır;
  • Mülki, mülki-prosessual, inzibati məsuliyyət, maliyyə-kredit və bank qanunvericiliyinin biliyi;
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;
  • Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Təşkilatın missiyasına sadiqlik.

 

Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq  26 Noyabr 2017-ci il tarixinədək e-mail (hr@azercredit.az) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində ‘Regional Hüquqşünas’’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.