23 C
Baku
Saturday, April 20, 2024

Regionların kreditə marağı çoxalıb

1 sentyabr tarixində regionlar üzrə kredit qoyuluşu 17.3 mlrd manata çatıb.

Banker.az Mərkəzi Bankın statistic məlumatlarına əsasən xəbər verir ki, son 1 ay ərzində ölkədə kredit qoyuluşunda 274 899 min manat yəni 2% artım müşahidə olunub. İlin əvvəlindən isə regionlar üzrə kredit qoyuluşu 12% artıb.

Regionlar üzrə kredit qoyuluşunun 83.86%-ni, yəni 14.5 mlrd manatını isə Bakı şəhəri üzrə qoyulan kreditlər təşkil edir. İlin əvvəlində isə Bakı şəhəri üzrə qoyulan kredit qoyuluşları ölkə üzrə qoyulan kreditlərin 85.75%-ni təşkil edirdi. Bu da Bakı şəhəri üzrə qoyulan kreditlərin nisbətən azaldığını, regionlarda isə kreditə marağın nisbətən çoxaldığını göstərir.

Digər regionlarda gəldikdə isə

  • Bakı şəhəri – 14 515 326,2 min manat,
  • Aran iqtisadi rayonu – 975 412,4 min manat,
  • Abşeron iqtisadi rayonu- 552 465,5 min manat,
  • Gəncə-Qazax iqtisadi rayonu- 376 910,9 min manat,
  • Lənkəran iqtisadi rayonu -290 393,8 min manat,
  • Şəki-Zaqatala iqtisadi rayonu -157 107,7 min manat,
  • Quba-Xaçmaz iqtisadi rayonu – 126 151,4 min manat,
  • Dağlıq Şirvan iqtisadi rayonu- 111 216,1 min manat,
  • Naxçıvan iqtisadi rayonu- 106 218,6 min manat təşkil edib.

Bakı şəhərindən sonra ən çox kredit qoyuluşu  975 412 min manatla  Aran iqtisadi rayonu üzrə, ən az kredit qoyuluşu isə  106 218,6 min manat ilə Naxçıvan iqtisadi rayonu üzrə qoyulub.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər