Reklam haqqında eşitmədiyiniz 15 maraqlı fakt

 

  1. Braziliyanın Sao Paulo şəhərində küçə reklamı yoxdur. Şəhərin çirklənməsinə qarşı mübarizə proqramı çərçivəsində, hələ 2007-ci ildə şəhərin meri tərəfindən plakat və lövhələrin yığışdırılması qərarı qəbul edilib.
  2. Dünyanın ən bahalı reklamı Chanel şirkəti tərəfindən yaradılıb və 33 milyon dollara başa gəlib, məbləğin 3 milyonu reklamda rol alan Nikol Kidmana verilib.

  1. Əczaçılıq şirkətləri tədqiqata nisbətən, marketinq və reklama 2 dəfə daha çox pul xərcləyirlər. Satışdan əldə olunan gəlirin 24%-i malların reklamına, yalnız 13%-i isə tədqiqatlara sərf olunur.
  2. İstənilən qol saatı haqqında reklam yaradılarkən, oxlar hər zaman 10:10 və ya 8:20-nin üzərində olur. Bu, ilk növbədə, oxların brendin adını örtməməsi üçün edilir. Bundan əlavə, oxların bu cür yerləşdirilməsi təbəssümə bənzəyir və insanlarda müsbət əhval-ruhiyyə yaradır.
  3. Markateloqlar qrupunun çox hissəsi yeyinti sənayesinin məhsullarını reklam edir.
  4. İlk reklam bilbordu 1900-cü ildə Amerikada yaradılıb. Məhz o zaman amerikalılar avtomagistral və mərkəzi küçələr boyu bilbordların yerləşdirilməsinə qərar vermişdilər.
  5. ABŞ Milli Futbol Liqasının çempion adını almaq üçün Super Bowl final matçının yayımlanması zamanı göstərilən 30 saniyəlik peklam çarxı 3 milyon dollar dəyərində idi.
  6. Uşaqlar üçün məhsulların reklamında çəkilən aktyor-uşaqlar adətən hədəf auditoriyasından daha böyük olurlar. Marketoloqlar bilərəkdən daha böyük uşaqları reklama çəkirlər ki, onlar özlərindən kiçik uşaqlar üçün nümunə olsunlar.
  7. İlk yazılı reklam Londonda saxlanılan Misir papirusu hesab olunur. Papirusda qulun satılması haqqında məlumat əks olunub.
  8. Dove şirkətinin “Gözəlliyin təkamülü” adlı reklamının buraxılması müasir reklam tarixində ilk sensasiya oldu, yalnız bir gecə ərzində dəb sənayesinin səhnəarxası həyatını gösrətən video çarxı bir milyondan çox adam izləmişdi.
  9. Daş sütunu üzərində oyulmuş ən qədim reklam Qədim Misirin Memfis şəhərinin xarabalıqlarında aşkar olunub. E.ə. 500-ci ildə yaranmış ilk reklamda “Mən, Kipr adasından Minos, burada yaşayıram, tanrıların lütfü ilə yuxuları aşağı qiymətə yozma qabiliyyətinə malikəm”, – yazısı əks olunub.
  10. İlk reklam banneri 1994-cü il oktyabrın 27-də Hotwired onlayn jurnalında 468-in 60-a piksel ölçüsündə meydana gəlmişdi. Sonradan ən məşhur banner ölçüsü olan bu ölçünün sirri çox sadə idi: bütün məqalələr yerləşdirildikdən sonra səhifədə qalan boş yer məhz bu qədər idi və reklam bu sahədə yerləşdirilməli idi.
  11. 65 yaşına çatan hər bir adam təxminən 2 milyon reklam çarxı izləyir.
  12. Reklamda yeməyin daha iştahaaçan görünməsi üçün, çəkilişlər zamanı süni yeməkdən istifadə olunur. Məsələn, içkilərin içərisindəki köpükcüklər suya yuyucu vasitələrin qrışdırılması sayəsində yaradılır; çəkiliş zamanı buzların əriməməsi üçün, onları akrildən hazırlayırlar; yeməyin iştahaaçan görünməsi üçün üstünə xüsusi şəffaf yapışqan tökülür.
  13. Hər il bütün dünya üzrə şirkətlər reklama 500 milyard dollardan çox vəsait sərf edirlər.

📝 RƏY BİLDİR