8 C
Baku
Friday, March 29, 2024

Reklama ən çox pul xərcləyən şirkətlər

Advertising Age-in verdiyi məlumatlara görə ABŞ-da yalnız 36 şirkət il ərzində 1 mlrd dollardan çox pul xərcləyə bilər.

Reklama pul xərcləməyə heyfsilənməyən şirkətlərin top-onluğunu təqdim edirik:

10-cu yer: Walt Disney Co: $2,112 mlrd. Keçən il ərzində Disney-in reklam xərcləri 9,3% artmışdır. Görünür ki, şirkət pulu ağılla xərcləməyi bacarır: 29 sentyabrda bitmiş dördüncü maliyyə rübündə şirkətin mədaxili $10,78 mlrd, xalis mənfəət isə 14% artaraq $1,24 mlrd təşkil etmişdir.

9-cu yer: L’Oréal: $2,124 mlrd. Fransız kosmetika şirkəti “jurnalların üz qabığını” sevir: Keçən il şirkət jurnal reklamlarına $709 mln xərcləmişdir.

8-ci yer: American Express Co: $2,125 mlrd. Şirkət qeyri-standart reklamları sevir və ekperiment etməkdən çəkinmir. 2011-ci ildə AmEx “Content & Contact” nominasiyasında nüfuzlu Grand CLIO mükafatını və özünün “Kiçik biznes üçün şənbə günü” kampaniyasına görə xüsusi mükafat qazandı. 2012-ci ildə şirkət Londonda hər kəsin SMS vasitəsilə öz mesajını qoya biləcəyi interaktiv reklam lövhələri quraşdırıldı. Mesajlar Londonda necə vaxt keçirmək lazım olduğu ilə bağlı olmalı idi və nəticədə çox məşhurlaşdı.

7-ci yer: Ford Motor Co: $2,14 mlrd. Rəqiblər yeni medianın əlverişliliyi haqqında düşünərkən Ford-da artıq onun potensialı qiymətləndirilmiş və bildirmişdilər ki, Facebook-dakı reklam büdcəsini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədirlər.

6-cı yer. JPMorgan Chase & Co: $2,35 mlrd. Bu maliyyə şirkəti keçən ildən öz reklam büdcəsini təxminən dörd dəfə artırıb.

5-ci yer. AT&T: $2,36 mlrd. Telekommunikasiya giqantı hələ də ən iri reklam verən şirkətlərdən biri olaraq qalır, baxmayaraq ki, onun reklam xərcləri 21% azalmışdır.

4-cü yer. Comcast Corp: $2,47 mlrd. Comcast 2011-ci ildə NBC Universal-ı aldıqdan sonra ABŞ-ın ən iri media-şirkəti oldu. Bu, özünün reklam büdcəsinin böyük hissəsini Xfinity brendinin və filmlərin irəlilədilməsi üçün ayırmağa məcbur etdi.

3-cü yer. Verizon Communications: $2,52 mlrd. Verizon demək olar ki, reklam büdcəsinin yarısını televiziya kampaniyalarına xərcləyir.

2-ci yer. General Motors Co: $3,1 mlrd. Ford-dan fərqli olaraq, GM sosial şəbəkələrdə bir fayda görmür və hətta özünün Facebook üçün ayırdığı 10 milyonluq reklam büdcəsini azaltdı.

1-ci yer. Procter & Gamble Co: $4,9 mlrd. P&G böyük bir fərqlə siyahıda liderlik edir. Şirkət təkcə ABŞ-da televiziya reklamı üçün 2 mlrd dollar xərcləyir. Bu planetin ən iri reklam verən şirkətidir. Hər il şirkət reklam üçün $10 mlrd sərf edir.

Maraqlıdır ki, Forbes reytinqinə görə dünyanın ən iri şirkəti Apple reklama təkcə 1 mlrd dollar sərf edir.

Son xəbərlər
Digər xəbərlər