15 C
Baku
Friday, April 26, 2024

Rekord: 80 min bilet 8 dəqiqədə satılıb

Futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Real Madrid”-“Yuventus” matçının biletləri rekord müddətə satılıb.

Aprelin 11-də Madriddə təşkil olunacaq matça biletlərin hamısı 8 dəqiqə ərzində satılıb.

Madrid klubunun 80 min tamaşaçı tutumuna malik “Santyaqo Bernabeu” stadionunda “Yuventus”un azarkeşləri üçün 4 min yer ayrılıb.

Bu komandalar arasında ilk oyun aprelin 3-də Turində keçiriləcək.

MənbəAzərTac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər