14 C
Baku
Tuesday, April 16, 2024

Renault-Nissan alyansı dünyanın ən nəhəng avtomobil istehsalçısı oldu

Renault-Nissan alyansı 2017-ci ilin ilk yarısının nəticələrinə görə dünyanın ən nəhəng avtomobil istehsalçısı oldu.

Banker.az xəbər verir ki, şirkətin gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 17%, yəni 29,5 milyard avroya qədər artıb.

2017-ci ilin əvvəlində Renault-Nissan bütün dünya üzrə 5,27 milyon avtomobil satıb. Keçən il üzrə lider olan Volkswagen şirkəti ilin ilk yarısında 5,15 milyon, Toyota 5,12 milyon, General Motors isə 4,7 milyon avtomobil satıb.  

Son xəbərlər
Digər xəbərlər