23 C
Baku
Tuesday, April 23, 2024

Renault və Nissan şirkətləri birləşəcək

Uzunmüddətli tərəfdaşlar Renault və Nissan birləşməyə hazırlaşırlar. Bu haqda Bloomberg məlumat mənbələrinə istinadən xəbər verir. 1999-cu ildə iki avtomobil istehsalçısı Renault Nissan ittifaqını yaratdılar. Renault hazırda Nissan səhmlərinin 43%-nə, Nissan isə Renault səhmlərinin 15%-nə sahibdir. 2016-cı ildə bu ittifaqa Mitsubishi də qoşulub – Nissan bu şirkətin nəzarətini ələ alıb. 2017-ci ildə ittifaqın satışı 10,6 milyon avtomobil təşkil edib. Bu 2016-cı ildən 6,5% daha çoxdur.

Renault ilə Nissan birləşdikdən sonra bazarın liderləri – Volkswagen və Toyota ilə rəqabət aparmaq daha asanlaşmalıdır. Birləşmə xəbərləri ilə əlaqədar olaraq, Renault-un səhmləri bir qədər bahalaşıb, Nissan səhmləri isə düşüb.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər