25 C
Baku
Saturday, April 20, 2024

Reuters iqtisadçıları: Dolların bahalaşması davam edəcək

Dünən, fevralın 26-da ABŞ-ın 2015-ci ilin IV rübündə ÜDM-in artım göstəricisi yenidən baxıldıqdan sonra əvvəlki 0,7%-dən 1%-ə qədər yüksəldilib. “Reuters”in iqtisadçılar arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, iqtisadi artımın ilk öncə 0,4%-ə azaldılması gözlənilsə də, fevralın 26-da fiziki şəxslərin xərcləri və Miçiqan ştatında istehlakçıların gözlənti indeksinin proqnozlardan yüksək açıqlanması yekuna müsbət təsir göstərib.

İqtisadi göstəricilərin proqnozlardan daha yaxşı çıxması qlobal valyuta bazarını da canlandırıb. Bir neçə gündür 1,10 USD/EUR səviyyəsindən aşağı düşə bilməyən avronun məzənnəsi dünənki hesabatdan sonra 1,091 USD/EUR-a qədər geriləyib və günü 1,0934 USD/EUR-da qapadıb. Gündəlik azalma 0,75%, həftəlik – 1,7%, aylıq artım isə 1% olub.

ABŞ-da açıqlanan iqtisadi göstəricilərin müsbət olması yenidən investorların diqqətini Federal Ehtiyat Sisteminə (FES) yönəldib. İnvestorlar yenidən FES-in uçot dərəcəsini artırmasının mümkün olacağını düşünməyə başlayıblar. Dünən açıqlama verən FES-in Klivlend bölməsinin rəhbəri Loretta Mester mart ayında uçot dərəcəsinin artırılması məsələsinin gündəmə gətirilməsini zəruri sayır. O, ABŞ iqtisadiyyatının güclü olduğunu, mərhələli faiz artımının davamının lazım olduğunu qeyd edib.

Report

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər