23 C
Baku
Saturday, April 20, 2024

Rezervasiya agenti – “Şahdağ Turizm Mərkəzi”

Vakansiya:

Şirkət: “Şahdağ Turizm Mərkəzi” QSC

Vəzifə: Rezervasiya agenti

Əsas vəzifələri:
Elektron poçt, telefon, faks və ya mərkəzi bron sistemləri vasitəsilə rezervasiyaların qəbul edilməsi və sistemə daxil edilməsi
Turizm şirkətləri ilə sıx əlaqədə olmaq və sifarişləri qəbul etmək
Mövcud olan otaqların növlərini, yerləşdirilmələrini bilməsi və lazımı qaydada satışlarını və reservasiyalarını həyata kecirməsi
Bütün paketlərin qiymətləndirilməsi, tərtibini və sistemə tətbiq olunması
Otelin kredit qaydalarını bilməsi və tətbiq etməsi
Təsdiq məktublarının hazırlanması
Ləğv və dəyişiklikləri sistemdə tənzimləmək və dərhal ön masaya məlumat vermək
Rezervasyaların əvvəlcədən deposit sistemini hazırlamaq və tətbiq etmək
Sistemdə bugünə olan rezervləri yoxlamaq ( rate code, trace, alert və MyFidelio-dan gələn rezervlər)
“Payment lİst”-İ yoxlamaq. Ödənişlə bağlı Bakı ofisi ilə əlaqə saxlamaq. Əgər ödəniş olmayıbsa,qonaqla əlaqə saxlamaq
Outlook və fərdi elektron poçtlarını yoxlamaq
Bugünə olan rezervləri Ön Büro müdiri və ya supervayzeri ilə məsləhətləşmək.
Booking.com səhifəsini yoxlamaq və yerləşmənin mümkünlüyünü idarə etmək. Əgər boş otaqlar bitibsə, səhifədə otaqların satışını blok etmək.
Expedia.com səhifəsini yoxlamaq və yerləşmənin mümkünlüyünü idarə etmək. Əgər boş otaqlar bitibsə, səhifədə otaqların satışını blok etmək.
Rəqib otellərin qiymətinə dair excel faylı gündəlik doldurmaq.

Tələb olunur:
Ali təhsil (sosial, iqtisadiyyat və idarəetmə ixtisaslarına üstünlük verilir)
Minimum 6 ay 5 ulduzlu oteldə və ya oxşar mühitdə təcrübə
Opera sistemində sərbəst işləmək bacarığı
Azərbaycan, Rus və İngilis dilində yüksək səviyyədə yazmaq və danışmaq qabiliyyəti

Bacarıqlar :
Əla ünsiyyət qurmaq bacarığı
Qonaqların ehtiyaclarının müəyyənləşdirilməsi və qonaqpərvərliyin nümayişi
Komandadaxili iş qabiliyyəti
İş zamanı yaranan problemlərin həll edilməsi

İş şəraiti:
İş rejimi – həftədə 5 gün (8 saatlıq iş rejimi)
İş yeri – Şahdağ Turizm İnformasiya Məzrkəzi (Ünvan: Bül-Bül prospekti 26.) / Şahdağ Turizm Mərkəzi (Ünvan: Qusar – Ləzə yolunun 29 – cu km – liyi)

Əgər mövcud vakansiya ilə maraqlanırsınızsa, sizdən CV-nizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər