20 C
Baku
Wednesday, April 24, 2024

Rezume (CV) tərtibatında səhvlərdən necə yayınmalı

Necə etmək olar ki, sizin möhtəşəm CV-i işə götürənlərin diqqətində kənarda qalmasın?
İş axtarışında olan insanların CV-i tərtibatında ən çox yol verdikləri 10 səhv ilə tanış olun, bu səhvlər sizin də savadlı yazılmış CV-nizi «məhv edə bilər».

Səhv 1: Faylın düzgün şəkildə adlanmaması

İş axtarışında olan tək-tük insan faylı işə götürən üçün lazım olan, rahat qaydada adlandır.  İşə götürən üçün rahat forma dedikdə, elə fayl adı nəzərdə tutulur ki, onu tərkibində soyad, ad və atanın adı, həmçinin iddia edilən vəzifənin adı göstərilmiş olsun.

Axı kadr seçimi ilə məşğul olan menecer CV-ni oxuduqdan sonra onu elektron poçtda deyil, adətən öz kompüterində hər hansı bir qovluqda saxlayır. O, hər gün yüzlərlə bir-birinə yaxın adları olan CV-lər alır. Məsələn: cv.rtf, cv.doc, mənim_CV.doc, şəkilli_cv.doc… və s. İndi təsəvvür edin ki, menecer gündə neçə CV-nin adını dəyişməli olur.

HR meneceri nə qədər xeyirxah və başa düşən olsa da hər dəfə səhv şəkildə adlandırılmış CV görəndə onun sahibinə səmimi qəlbdən nifrət etməyə başlayacaq. Amma əgər siz özünüz faylı menecer üçün münasib olan bir formada adlandırsanız, o buna görə sizə minnətdar olacaq. Axı sizin CV-i yalnız sizə görə yeganədir. Menecer isə gündə neçə-neçə belə CV növü ilə rastlaşır.

Səhv 2: CV-də xətalar

Rezumelərin əksəriyyətində mətbəə xətaları, orfoqrafik və ya üslubi səhvlərə rast gəlinir. Belə «xırdalıqlar» əslində işə götürənlər tərəfindən çox ciddi qiymətləndirilir. Onlar bunu diqqətsizlik əlaməti ya da sənədlərə qeyri ciddi münasibət kimi qəbul edirlər.

Axı sizə elə gəlir ki, böyük iş deyil ki, sadəcə çap xətasıdır. Amma siz onu göndərmək ilə diqqətsiz və ya istənilən tip bir kağızın doldurulmasında hövsələsiz olduğunuzu  etiraf etmiş olursunuz. Əlbəttə siz belə etmək istəməzsiniz.

Ona görə də tənbəllik etməyin, öz CV-izdə səhvlərin və çap xatalarının olub-olmadığını bir daha yoxlayın və onları düzəldin.

Səhv 3: Bacarıqsız format vermə

İşə götürən şəxsə göndərilmiş Word-fayl sənədində olan hər üç  CV-dən biri format şablonlarından istifadə edilmədən hazırlanmışdır. Belə olduqda sözlərin yerinin dəyişdirilməsi üçün «Tab» və «space bar» düymələrindən istifadə olunur. Menecer bir saniyə ərzində sizin CV-nin necə formatlandığını öyrənə bilər. O bu yolla sizin fərdi kompüterdən istifadəyə dair bilgilərinizi də yoxlamış olur, əgər onda buna şübhə yaranarsa, sizin digər dediklərinizə qarşı da şübhə yaranacaqdır.

Səhv 4: Proqram Təminatının (PT) axırıncı versiyası

İş axtaranların öz CV-ni yeni word formatlarında göndərməsi, işə götürənlərin isə əvvəlki PT-dan istifadəsi bəzən işləri xeyli çətinləşdirə bilər.

Belə mühakimə yürütmək olar ki, kompüter proqramının daima yenilənməsi, onlara kömək etdiyi kimi, bəzən də onların işinə əngəl törədə bilər. CV-göndərərkən bu haqda düşünməyə dəyər. Əgər sizin personal kompüterinizdə word sənədlərin ən sonuncu versiyası yüklənmiş isə, sənədi göndərərkən onu bundan öncəki, daha köhnə versiyalarda yaddaşa verərək göndərin.

Axı əgər işə götürənin kompüterində köhnə proqram təminatıdırsa, sizin təzə versiyada yazmış olduğunuz CV dərhal açılmayacaq (yadda saxlayın ki, sizin CV-dən başqa onda onlarla sizin rəqibləriniz olan şəxslərin CV-i vardır) və çox güman ki, bu haqda siz bir söz deyilməyəcək, axı onların seçim etmək üçün imkanları böyükdür.

Səhv 5: Qeyri optimal fayl həcmi

Faylın optimal həcmi 250 kilobayta qədərdir. Ona görə də siz nəzarət etməlisiniz ki, fayl bundan ağır olmasın. CV-yə onun çəkisini daha da artıracaq böyük şəkillər və ya ağır format elementləri daxil etmək lazım deyil.

Bunun nə qorxusu var ki? Bəzən menecerlərin elektron qutusunda iri məktubların qəbulluna qadağa quraşdırılmış olur. Belə təqdirsə siz məktubunuz ünvana gedib çıxmayacaq və sizin də bundan heç xəbəriniz olmayacaq.

Səhv 6: Arxivləşmiş CV

Əgər hər hansı bir mühüm səbəb üzündən siz böyük ölçülü CV göndərmək məcbursunuzsa (250 kbaytdan daha çox), onu arxivləşdirməyin. Siz meneceri öz qızıl vaxtını onu  arxivdən açmağa sərf etməyə sövq edəcəksiniz.

İşə götürənləri əlavə zəhmət çəkməyə vadar etməyin! Sizin faylı heç arxıq qutusundan çıxarmaya da bilərlər. Proqram təminatı ilə bağlı yaşanan haldakı kimi, bu dəfə də menecer sizin faylın onun fərdi kompüterində açılmadığı barədə sizə məlumat verməyi lazım bilməyəcək.

Səhv 7: Nadir  formatda CV

Nadir ya da az tapılan formatlarda CV göndərməyin! Təcrübə göstərir ki, işə götürənlər üçün ən rahat doc və rtf formatında olan fayllardır. Bu çox geniş yayılmış format növləridir və əgər sizin seçiminiz onlardan biri olsa işə götürən heç bir problem olmadan sizin CV-ni açacaq və onunla tanış olmaq imkanı əldə edəcək.

Səhv 8: Fotonu ayrıca fayl kimi göndərmək

Birdə görürsən ki, iş üçün müraciət edənlər iki fayl göndərir, biri mətn formatında rezume, digəri isə foto. Əgər sizdə bu formada hərəkət etsəniz, belə çətinliklər sizi heç də mahir fərdi kompüter istifadəçisi kimi xarakterizə etməyəcək. Həmin halda menecer bu işi sizin əvəzinizə etməli olacaq, yəni fotonu rezumeye yerləşdirəcək ki, sonra onu çap edərək istifadə üçün rahat şəkilli CV əldə etsin. Biz isə artıq bilirik ki, öz namizədliyimiz ilə bağlı  menecerə hər dəfə əlavə zəhmətə salanda digər rəqiblər ilə müqayisə də şanslarımızı daha da azaldırıq.

Ona görə də işə götürənə şəkilli CV göndərmək istədikdə bir az daha artıq əziyyət çəkərək, öz fotonuzu rezumeyə özünüz yerləşdirin.

Səhv 9: Qoşma faylda əlavə edilmiş müşayiət məktubu

Əgər siz google-da axtarış verib işə götürən şəxsə düzgün CV-ni düzgün necə göndərməli mövzusunu axtarsanız bütün yazılarda, “yaxşı olar ki CV ilə bərabər müşayiət məktubu da göndərəsiniz” cümləsinə rast gələcəksiniz. Lakin bu sözlər heç də hərfi mənada başa düşülməli deyil. Yəni bu o demək deyil ki, siz bir elektron məktuba əlavə edilmiş iki fayl-CV və müşayiət məktubu göndərməlisiniz.  Əgər siz elektron yazışmada naşı təsəvvürü bağışlamaq istəmirsinizsə, onda müşayiət məktubunun məzmunu və onun tərkib hissələrini elektron məktubun öz gövdə hissəsində yerləşdirin.

Səhv 10: Unikal şrift

Adətən fərqlənmək niyyətində olan namizədlər çox nadir şriftlərdə yazılmış rezumelər göndərirlər. Belə fərqlənmək arzusu və hər şeyi daha yaxşı etməyə çalışmaq niyyəti sizə baha başa gələr (yəni qabağa düşmək istədiyiniz halda geri qalarsınız): ofisdəki fərdi kompüterdə həmin şrift olmaya bilər və belə halda menecer sizin CV-i ilə tanış ola bilməyəcəkdir. Buna görə də CV tərtibatı zamanı Times New Roman və ya Arial kimi rahat, hamının istifadə etdiyi, geniş yayılmış şriftlərdən istifadə edin.

Təbrik edirəm. İndi siz iş axtaranların elektron məktubla göndərilən CV göndərərkən ən çox yol verdiyi 10 səhvlə tanışsınız. Demək, bu səhvləri təkrarlamaya bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər