Pul köçürmələri üzrə əsas kripto valyuta olan Ripple necə yaranıb?

Ripple kriptovalyutası siyahıda kapitalizasiya həcminə görə üçüncü, dövriyyədə olan qəpik sayına görə isə altıncı pillədədir. 2000-ci illərin əvvəlində peyda olan bu internet-protokol kommersiya fəaliyyətini sürətləndirərək və maliyyə sisteminin effektivliyini artıraraq beynəlxalq ticarəti sadə və sərfəli edə bilər.

Ripple valyutasının bir çox imtiyazları, böyük təcrübəsi, istifadəçi və komanda tərəfindən yaxşı dəstəyi var. Bu vəsait mübadiləsi üçün ən populyar vasitə olmaq üçün kifayət edir. Lakin bəzi digər nüanslar da var.

Banker.az Ripple kriptovalyutasının necə peyda olduğunu və nəyə görə bazar kapitalizasiyası siyahısında “Ethereum” valyutasını sıxışdıraraq ikinci olmalı olduğundan bəhs edəcək.

Ripple valyutasının tarixçəsi hələ 2004-cü ildən başlayır. Bu zaman kanadalı proqramçı Rayan Fuqqer istənilən istifadəçiyə öz şəxsi valyutasını yaratmaq və sistemdə onun köməkliyi ilə ödəniş etməyə imkan verən desentralizə olunmuş ödəniş platforması RipplePay sistemini yaratmışdı.

RipplePay 2011-ci ilə qədər xüsusi populyarlıq ilə istfadə olunmurdu. Bu səbəbdən də, onun yaradıcısı digər developperlər ilə konsepsiyanı yenidən nəzərdən keçirməyə və desentralizə olmuş şəbəkədə işləyən ödəniş protokollarının təkmilləşdirilməsi ilə məşğul olmağa qərar verir. Artıq üç ildən sonra Fuqqer tərəfindən yaradılmış şirkət bank müəssisələri ilə işləməyə başlayır. Şirkət buna paralel olaraq Avropa, Amerika və Avstraliyanın maliyyə nəhənglərinə öz “ixtiralarını” və Ripple (XRP) tokenini sınaqdan keçirməyi təklif edirdi.

Qeyd edək ki, Ripple valyutası xakerlər tərəfindən hücumlardan qorunmaq üçün şəxsi RPCA (Ripple Protocol Consensus Algorithm) protokolundan istifadə edir.

Bundan əlavə, Ripple sistemində vəsaitləri dollar ilə saxlamaq, paralel olaraq avro və yaxud yen, bitcoin və yaxud hətta qızıl ilə ödəniş etmək mümkündür. Sistem hər bir müqaviləni emal edərkən 0,00001 XRP komissiya haqqı tutur.

Ripple valyutası ilə Bitcoin arasında iş sxeminə görə böyük fərq var. Məsələ ondadır ki, Ripple blockchain texnologiyasına əsaslanmır, onun qəpiklərini (XRP) isə mayninq etmək mümkün deyil. XRP – Ripple şəbəkəsində vasitəçi valyutadır; iş üçün üçüncü tərəf ilə etibarlı münasibət tələb etmir və məhdud sayda olduğundan devalvasiyaya məruz qala bilməz. Onun yaradıcıları protokolu yaradarkən yalnızca 100 milyard qəpik buraxıb, onun üçdə bir hissəsini istifadəçilər arasında bölüşdürüb, qalanlarını isə özlərində saxlayıblar.

CERT – Çinin kibertəhlükəsizlik mərkəzinin 2017-ci ilin yanvar ayının əvvəlində həyata keçirdiyi araşdırma göstərib ki, Ripple əməliyyat sisteminin təhlükəsizlik səviyyəsi digər kriptovalyuta platformalarının əməliyyat sistemlərindən geri qalır. Düzdür, bu günə qədər xakerlərin uğurlu alınan hücumu müşahidə edilməyib. Ripple komandası 2016-cı ildə 42 Asiya bankı ilə müqavilə bağlayıb. 2017-ci ilin əvvəlindən isə kanadalı Royal Bank of Canada, Abu-Dabi milli bankı, alman ReiseBank, Bank of America, UniCredit və digərləri onların sırasına qoşulub. Layihə keçən il ərzində 55 milyon dollar investisiya cəlb edib.

Digər tərəfdən, Ripple sisteminin beynəlxalq banklarla əməkdaşlıq layihələrinə başlaması haqqında xəbərlər ona etibarı artırır.

2016-cı ilin noyabr – 2017-ci ilin oktyabr ayı ərzində XRP qiymətinin sxemi / Coinmarketcap.com

Lakin bununla belə, buraxılmış çox sayda qəpiklərə görə kriptovalyutanın qiyməti azdır. İlin əvvəlindı 1 XRP qəpiyinin dəyəri $0,006, indi isə təqribən $0,25 təşkil edir. Valyutanın dəyərinin ən pik həddi isə 0,41 dollar olub.

Ripple rəqəmsal valyutası nədir?