18 C
Baku
Thursday, April 25, 2024

Ripple yaradıcıları multimilyarder oldular

Banker.az xəbər verir ki, son həftələr ərzində Ripple Labs Inc şirkətinin XRP tokenlərinin 60%-nə sahib bütün təsisçiləri rəqəmsal valyutanın məzənnəsinin artması sayəsində milyarderə çevriliblər.

Belə ki, XRP valyutasının artımının ən yüksək nöqtəsində (bir tokenə görə 3,84 dollar) şəxsən 5,19 milyard XRP və Ripple Labs şirkətində 17% pay sahibi, Ripple həmtəsisçisi Kris Larsenin sərvəti 55,8 milyard dollar təşkil edib.

Bundan əlavə, 2013-cü ildə şirkəti tərk etmiş Ceb Makkaleb (həmçinin Stellar blockchain startapının yaradıcısı kimi tanınır) 5,3 milyard XRP valyutasına (hazırda 17,3 milyard dollar) sahiblik hüququnu saxlayıb.
Şirkətin cari CEO-su Bred Qarlinhaus isə öz növbəsində 6,3% paya, həmçinin naməlum həcmdə XRP tokeninə sahibdir. İlkin qiymətləndirmələrə görə, onun sərvəti artıq 10 milyard dolları üstələyir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər