“Ripple”dan istifadə edən bankların sayı 100-ü ötüb

The logo of blockchain company Ripple is seen at the SIBOS banking and financial conference in Toronto, Ontario, Canada October 19, 2017. REUTERS/Chris Helgren

“Ripple” şirkətinin əsas məhsulu olan “RippleNet”dən 100-dən çox bank istifadə edir.

“Bloomberg” agentliyinə istinadən, bunu “Ripple”ın baş icraçı direktoru (CEO) Brad Qarlinqhaus (Brad Garlinghouse) bildirib.

O, qeyd edib ki, “Ripple” ilk gündən müxtəlif qurumlarla əməkdaşlıq edir və kriptovalyuta bazarındakı tənzimləmələrin yarada biləcəyi qeyri-müəyyənliklər ona problem yaratmayacaq.

Qeyd edək ki, “Ripple”lə həyata keçirilən əməliyyatlar “Bitcoin”lə müqayisədə 1 000 dəfə sürətlidir, odur ki, “Ripple”ın qiymətindəki dalğalanmaların yaradacağı risk aşağıdır. Hazırda ondan istifadə edən banklar arasında dünyada məşhur olan UBS, “Unicredit”, BBVA, “Credit Agricole”, “Mizuho” və Türkiyənin “Akbank”ı var.

Ekspertlər bildirir ki, il ərzində “Ripple”la 1 mln. əməliyyat edən və 5 mlrd. dollar məbləğində pul transferti həyata keçirən bank hər əməliyyatda 6,86 dollara, ümumilikdə isə 6,86 mln. dollara qənaət edir. Transfert artdıqca bankların qənaət etdiyi vəsait də artır. Məsələn, 1 mln. əməliyyatla 100 mlrd. dollarlıq transfert edən bank 71,5 mln. dollara qənaət edir.

Bir qədər əvvəl İsveç bankı olan “SEB” “Ripple”dan dəyəri 1 mlrd. dollardan çox olan əməliyyatı həyata keçirmək üçün istifadə edib.

📝 RƏY BİLDİR