22 C
Baku
Thursday, April 25, 2024

Risk edirsiniz? Demək beyniniz daha sürətlə işləyir!

Prinston Universitetinin alimləri bildirir ki, onlar gərginlik və riskin bir başa insan beyninin sürəti ilə bağlı olduğunu sübut ediblər. 

Bu yaxınlarda onlar belə bir eksperiment həyata keçiriblər: onlar könüllülərə ekrandan müxtəlif növ ifadələri oxumağı təklif ediblər, ifadələrin ekranda görünmə tezliyi də müxtəlif olub. Bəziləri sakitləşərək, rahatca gələn növbəti ifadələri sona qədər oxuya bilir, digərləri isə tələsməli olur, çünki ifadələr onların gözləri önündən demək olar ki, ildırım sürəti ilə keçir.

Hər iki qrup iştirakçılara belə bir sadə oyunda iştirak etməyi təşkil edirlər: onlar virtual şarın dolma müddətini tənzimləməli idi, yəni virtual şarın virtual hava ilə doldurmaq lazım idi və iştirakçılardan müəyyən anda dolmanı dayandırmaq tələb olunurdu ki, şar partlamasın (bütün proses ekranda baş verirdi). Şar nə qədər böyük olarsa, könüllü bir o qədər çox pul əldə edər. Amma bununla yanaşı şarın böyüməsi ilə onun partlaması riski də böyüyürdü, bu zaman isə iştirakçı tamamı ilə qazancsız qalacaqdı.

Belə məlum oldu ki, monitordan daha sürətli oxumalı olan və öz beynini gərginlikdə saxlayan insanlar tamahkarlığı ilə xüsusi seçilməsə də, risk etməyə daha çox meylli olurlar. Nəticələrin –təsadüfi olmadığına əmin olmaq üçün, alimlər oxşar təcrübələr seriyasını davam etdirdi.
Beləliklə, alimlər indi belə hesab edir ki, təfəkkürün sürətliliyi bizim riskə can atmaq səviyyəmizi müəyyən edir. Müasir həyatı isə çətin ki, asta adlandırmaq mümkün olsun. Məhz buna görə bir çoxları hətta çəkdiyin əziyyətə dəyməyəcək oyunları da oynamağa hazırdır.

Yeri gəlmişkən, bundan öncə alimlər tərəfindən sübut edilmiş, daha bir maraqlı nüans vardır. Bir tərəfdən beynimiz bizi idarə edir, digər tərəfdən isə biz beynimizə hansı tempdə işləməyə dair göstəriş verə bilirik. Belə deyək, əgər siz səhər yuxudan cəld şəkildə qalxsanız, gümrah şəkildə hamam otağına getsəniz, daha sonra tempi qəti aşağı salmadan çay dəmləyib, səhər yeməyini yesəniz və işlərinizi başlamağa tələssəniz və məqsədli olsanız, onda sizin beyninizdə eyni dərəcədə sürətlə işləyəcək. Onda siz istənilən bir sualın cavabını çox asanlıqla tapacaq və problemləri dərhal və asan şəkildə həll edə biləcəksiniz.

Amma siz hələ pasteldə ləngisəniz, uzanmağa davam etsəniz, yavaş-yavaş geyinsəniz –onda gününüz də demək olar ki, eyni tempdə keçərək davam edəcəkdir. Sizin beyniniz də bu gün sürətli reaksiyası ilə yadda qalmayacaq və problemləri göz qırpımında həll edəcəyinizi gözləməyə dəyməz. Bu o, anlama gəlir ki, hərəkətlərin cəldliyi beynin sürətinə çox təsir edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər