15 C
Baku
Saturday, April 27, 2024

Risk menecmentdən beynəlxalq dərəcəli sertifikatı necə almaq olar?

Müəlliflər: Samir Məstəliyev və Vladimir Manayev

Son zamanlara qədər Azərbaycanda bank risklərinin idarəedolməsi çox zəif sürətlə inkişaf edirdi.Xarici maliyyə institutlarının Azərbaycan bank sisteminə maraqlarının artması və Mərkəzi bank tərəfindən atılan addımlarıdan sonra Risklərin İdarəedilməsi sahəsində inkişaf tempi xeyli artmışdır.Hazırda banklarda risklərin idarə olunması şöbəsinin olması məcburi xarakter daşıyır.

Lakin onuda qeyd etməliyik ki, bu şöbələrdə fəliyyət göstərə biləcək işçi bazası demək olar ki çox aşağı səviyyədədir. Bəs niyə görə Azərbaycanda risk menecerlərin bilik səviyyələri və onlarn sayı bu qədər aşağıdır? Bunun bir neçə səbəbi vardır:

1) Universitet səviyyəsində risklərin idarə olunması ixtisasının olmaması (və ya bu fakültəni əvəz edə biləcək ixtisasın olmaması)
2) İxtisasın çətin olması – Risklərin idarə olunması özündə bir neçə sahəni birləşdirdiyi üçün onun mənimsənilməsi prosesidə başqa sahələrlə nisbətən çətindir.
3) İxtisaslaşmış , daha dərin kursların və ya treninqlərin olmaması
4) Risklərin idarə olunmasının banklar tərəfindən adekvat qiymətləndirilməməsi
5) Azərbaycan dilində bu sahədə heç bir ədəbiyyatın olmaması

Azərbaycanda bu səhədə işlərin görülməsi davam edir. Tədqirə layiq addımlardan biri kimi ARPA təşkilatının yaradılmasını göstərmək olar. Bu təşkilat yarandığı bir neçə ay ərzinə bəzi təşkilatların illərlə üzərində işlədikləri məsələləri reallaşdırmaq imkanı qazanmışdır. Ümidvarıq ki, bu proses ləngiməyəcək və templər dahada sürətləndiriləcək.

Risk menecerlər öz biliklərinin səviyyəsini yoxlamaqdan ötrü certifikat imtahanı verirlər. Bu tip beynəlxalq imtahanların verilməsi risk menecerin səviyyəsinin müəyyənləşdirilməsində əvəzsiz rol oynayır və artıq həmən işçinin beynəlxalq standarta cavab verəcək biliklərə malik olduğuna dəlalət edir. Həmçinin imtahana hazırlıq zamanı əlavə biliklərin əldə olunacağı da istisna deyildir. Bu tip imtahanlarıdan biri PRM (Professional Risk Manger). Dünyada risklərin idarə olunmasına dair 2 yüksək səviyyəli certifikat imtahanından biridir. Bu imtahana hazırlıq barəsində və “ümümiyyətlə prosesə başlamaqa dəyərmi” suallarına cavab tapmaqa çalışacağıq.

PRM imtahanına hazırlıq

(1) PRM Sizə lazımdırmı?

1.1. PRM sertifikatı

İlk öncə tənqidi olaraq sertifikat haqda məlumatla tanış olun:
http://prmia.org/index.php?page=exam&;;option=trainingCertification

Diqqət yetirin ki, 2010-cu ilin martından imtahanın 3-cü və 4-cü hissələri dəyişəcəklər. Risk-menecment dinamik inkişaf edir, buna görə də bu dəyişikliklər məntiqidir. Maliyyə böhranı kifayət qədər idarə olunmayan riskləri aşkara çıxardı, eləcə də bir neçə maraqlı keys əlavə etdi.

Gözləmək lazım deyil ki, imtahan verdikdən sonra dünyanın lider şirkətlərindən sizə təkliflər axıb gələcək. Lakin bir sıra üstünlüklər vardır.

Birincisi – risklərin idarə edilməsi üzrə beynəlxalq standartlara uyğun olan biliklərin alınmasıdır. Siz əsaslı baza əldə edirsiniz, onu aldıqdan sonra Siz idarə edəcəyiniz risklərdə ixtisaslaşa bilərsiniz. Orta hesabla imtahanın verilməsi 1-2 il çəkir.
İkincisi – bu əmək bazarında siqnaldır. Risklərin idarəetməsi ilə tanış olan insan üçün Siz digər yanaşı namizədlər arasından seçiləcəksiniz. İşəgötürən biləcək ki, Sizin:

A) Risklərin idarə edilməsi üzrə əsaslı hazırlıq səviyyəniz var.
B) Siz ingilis dilində peşəkar informasiya əldə etməyi bacarırsınız. Yeri gəlmişkən bu Sizin rəqabət üstünlüyünüz olacaq – Azərbaycanda az mütəxəssis ingilis dilini kifayət səviyyədə bilir.
С) Sizin kifayət qədər motivasiya və intizamınız vardır.

Üçüncüsü – sərmayədir. Hələlik Azərbaycanda  PRM sertifikatına malik çox az adam var . Məqalənin yazılma anında Rusiyada 14, Ukraynada 1, Qazaxıstanda 2, Azərbaycanda isə 0 nəfər. Assosiasiya inkişaf edir, ABŞ və Avropanın bir sıra yüksəktəbəqəli universitetinin dəstəyini almışdır.
• Dördüncüsü – rahatlıqdır. CFA və FRM-dən fərqli olaraq , PRM imtahanını istənilən iş günü vermək olar, imtahan mərkəzləri regionlarda da vardır (imtahan verilişi Pearson Vue sistemi vasitəsilə verilir).

1.2. PRM sertifikatına alternativlər – miflər və faktlar

preparar

Mif 1

Azərbaycanda və Rusiyada  risklərin idarə edilməsi üzrə keyfiyyətli təhsil almaq mümkündür.

Azərbaycanın heç bir universiteti risk-menecment təhsilini vermək üçün kifayət qədər təhsil proqramı və müəllim heyətinə malik deyildir. Başlıca maneə faktoru- insanlardır. Müəllim heyətini qiymətləndirmək üçün, neçə müəllimin PRM/FRM/CFA sertifikatına və qərb elmi dərəcəsinə malik olduğuna diqqət yetirin. Təəssüf ki, elmi dərəcələri Azərbaycanda  çox zaman, sadəcə olaraq pulla alırlar.

Rusiyada ədalət xatirinə deyək ki, iki məktəb çox güman ki, istisnadır:

• Şiryayev Albert Nikolayeviçin məktəbi, Moskva, MDU (ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə ciddi riyazi hazırlıq verilir).
• Novoselov Arkadiy Arsenyeviçin məktəbi, Krasnoyarsk (təsisçi qərb jurnallarında maliyyə üzrə bir sıra məqalələrin müəllifidir, risk idarəetməsinin riyazi aspektləri vurğulanır).
http://risktheory.ru

Mif 2

FRM/PRM-dən yaxşıdır/pisdir.

Akademik nöqteyi-nəzərdən proqramlar sadəcə oxşardırlar. Azərbaycanda peşəkar mühitdə bu sertifikatlar demək olar ki, eyni dərəcədə tanınır. Sadəcə materialın verilmə üslubu fərqlidir.

Mif 3

FRM/PRM və CFA sertifikatları oxşardırlar

CFA –nı FRM/PRM-lə müqayisə etmək düzgün deyil. CFA-da risk idarəetməsindən daha çox maliyyəyə üstünlük verilir. Əgər Siz karyeranızı maliyyə sahəsində qurmaq istəyirsinizsə CFA, risk menecmentində istəyirsinizsə PRM/FRM-i seçməlisiniz.CFA Sizə risk idarəetməsini öyrətməyəcək, eynilə PRM/FRM CFA qədər maliyyə bilgiləri verməyəcək. CFA-nın Level 2 və 3-də risk menecmentnə aid bölümlər vardır, lakin onlarda material çox azdır və risk-menecer təcrübəsində istifadə etmək üçün kifayət deyil.

1.3. APRM (Associate PRM) sertifikatı nə deməkdir?

2009-cu ildə PRMİA assosiasiyası yeni APRM sertifikatı buraxdı. O, məhz risk idarəetməsinin əsaslarına yönəlmişdir, dərsliklərdə göstərilməyən bir çox detallar izah olunmuşdur, Risk idarəetməsində korporativ standartlar və praktik tədbirlərə geniş yer ayrılmışdır (daha çox case studies nəzərdən keçirilmişdir).

Sertifikat yüksək təbəqə menecerləri üçün, risk menecment sahəsində karyeraya başlayan insanlar üçün faydalıdır, eləcə də öz ingilis dili biliklərinə tam arxayın olmayanlar terminologiyanı öyrənə və imtahan verə bilərlər.

Bundan əlavə, sertifikat 4-cü PRM imtahanı verməkdən də azad edir.

1.4. Mən bacarmaram – ingilis dilim zəifdir

Heç kim sizdən risk idarəetməsi mövzusunda danışmağı, audiləşmə keçməyi və esse yazmağı tələb etmir. Sizdən tələb olunan yeganə şey ingilis dilində peşəkar ədəbiyyatı oxumaq və anlamağı bacarmaqdır. Bunu etməyin ən yaxşı üsulu – bunu etməyə başlamaqdır. Mənim çox hörmət etdiyim insanlardan birinin dediyi kimi – “Velosipeddə getməyi öyrənməyin ən yaxşı üsulu – onu sürməkdir!”.

Əgər lüğətin köməyilə oxuduğunuzu başa düşürsünüzsə -bu əladır! Bir neçə həftədən sonra o artıq Sizə lazım olmayacaq.

Əgər hətta lüğətin köməyilə belə oxuduğunuzu anlamırsınızsa, qrammatikanı təkrarlayın və /və ya xüsusi söz bazanızı genişləndirin.

(2) PRM-ə hazırlıq

 Siz imtahan vermək qərarına gəldiniz. Bir çox suallar meydana çıxır, prosesi necə təşkil etməli, imtahanı hansı ardıcıllıqla verməli, hansı ədəbiyyatdan istifadə etməli. Bu bölümdə bu suallara cavab verməyə çalışacağam.

2.1. İmtahanı hansı ardıcıllıqla verməli

Mən imtahanı 2-1-3-4 – ardıcıllığı ilə verməyi məsləhət görürəm, xüsusən də əgər təhsiliniz Azərbaycan menecerlərinin çoxu kimi yaxşı riyazi hazırlıqla əlaqədardırsa. İkinci imtahan riyazi bilikləri sınaqdan keçirir, Kitabdaki mətn ingiliscə oxumağa başlamaq üçün çox uyğundur. Çox da böyük zaman tələb etmir – orta hesabla 1 həftədən 1 ayadək.
Birinci və üçüncü imtahanlar ən çətinləridir. Birincisi sizin maliyyə biliklərinizi sınayır. Kitabin böyük hissəsini təşkil edir (təxminən 600-700 səhifə). Üçüncü – Sizə işinizdə lazım olacaq bilavasitə risk idarəetmə təcrübəsi biliklərini yoxlayır. Üçüncü imtahanı birincidən əvvəl vermək yaxşı ideya deyil, çünki üçüncüdə ehtimal olunur ki, siz maliyyəni mənimsəmisiniz.
Dördüncü imtahanı üçüncüdən sonra vermək daha yaxşıdır, dördüncüdə – ən iri iflasların tarixçələri nəzərdən keçirilir, başqalarının səhvləri üzərində öyrənmək üçün yaxşı imkandır.

2.2. Ikinci hissəyə hazırlıq – Riyaziyyat

Yenə də Hendbukdan istifadə edirik. Əgər nəsə aydın deyilsə, və ya suallar meydana gəlibsə, “Cracking GRE Subject Math”-dan istifadə etmək olar. Bu riyaziyyat bakalavrları üçün Prinston dərsliyidir. Onu bütünlüklə oxumaq lazım deyil, Hendbukdakı bəzi mövzular aydın olmadıqda ondan sorğu kitabçası kimi istifadə etmək daha yaxşıdır.

2.3. Birinci hissəyə hazırlıq – Maliyyə

Prinsip etibarilə, Hendbuk kifayətdir. Amma əgər həvəsiniz varsa professor Halın Options, Futures and Other Derivatives kitabını oxuyun. Bu da onun səhifəsinə link

http://www.rotman.utoronto.ca/~hull/

Risklərin idarəedilməsi üzrə rusdilli ədəbiyyatı oxumaq lazım deyil. Bir çox dərsliklər risklərin idarə edilməsi üzrə ingilis dilli dərsliklərin heç də uğurlu olmayan tərcüməsidir. Çox zaman bəzi hesablamalar, detallar buraxılır.

2.4. İmtahanın üçüncü hissəsinə – Risklərin İdarə edilmə Təcrübəsinə hazırlıq

Yenə də Hendbuku oxuyuruq. Əlavə ədəbiyyat qismində bunları tövsiyyə edə bilərəm:

Əməliyyat riskləri üzrə – Carol Alexander “Operational Risk. Regulation, Analysis and Management”.
Bazar və kredit riskləri haqda dərslikdə göstərilən modellərə verilən texniki sənədləşməni oxumaq çox faydalıdır. Onları əldə etmək asandır, tapmaq üçün Google axtarış sistemindən istifadə etmək olar.

Məsələn:

RiskMetrics http://www.riskmetrics.com/publications/techdocs/rmcovv.html
CreditMetrics http://www.riskmetrics.com/publications/techdocs/cmintovv.html

2.5. İmtahanın dördüncü hissəsinə hazırlıq – Etika. Keyslər

Materialı assosiasiyanın prmia.org saytında əldə etmək olar. Bundan başqa heç bir şey tələb olunmur. Dördüncü hissə kifayət qədər sadədir, əlavə ədəbiyyat tələb olunmur.

2.6. Diaqnostik imtahanlardan istifadə

Assosiasiya diaqnostik imtahanlar təklif edir.Diaqnostikanın hər bir hissəsinə əlavə olaraq almağı məsləhət görürəm. Bir qayda olaraq , burdakı tapşırıqlar əsl imtahandakından asandır. Amma, onlar Sizin zəif tərəflərinizi yaxşı sınayır.

2.7. İmtahana hazır olduğunuzu necə anlamalı?

Hissiyatlara arxalanmaq olar. Hər hansı qaydalardan istifadə etmək olar. Mən belə bir qaydadan istifadə edirdim – ardıcıl 4 imtahanda keçid balı (60%-dən çox düzgün cavablar) toplayanadək oxuyurdum. Hesablamaları misal gətirməyəcəyəm, amma ardıcıl 4 dəfə keçid balını təsadüfən toplamaq ehtimalı çox azdır.
İmtahanlarda müvəffəqiyyətlər!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər