23 C
Baku
Friday, April 19, 2024

Risk zonasında olan 7 ölkə

Bazar iqtisadiyyatınının vacib xarakteristikası olan özəl sektorun borcluluq səviyyəsi 10 illərlə iqtisadçılar üçün qapalı olaraq qalırdı. Dövlət borcu üzrə məlumatı asanlıqla əldə etmək mümkün olduğu halda, özəl sektorun borcu haqqında məlumat qapalı idi (ABŞ və Avstraliya nadir istisna təşkil edir).

Hazırda vəziyyət dəyişib. Bank of International Settlements (BIS) rüblük olaraq dövlət borcu ilə yanaşı, 40-dan çox ölkənin özəl sektorunun borcluluq səviyyəsi haqqında məlumatları nəşr edir. Kingston universitetinin (London) iqtisadiyyat üzrə professoru Stiv Kin və Forbes jurnalı 1-3 il ərzində iqtisadi böhran ilə üzləşmək ehtimalı daha çox olan 7 ölkəni təyin etmişlər. Böhranla üzləşmək ehtimalı olan ölkələrin ardıcıllığı isə belədir: Çin, Avstraliya, İsveç, Honkonq, Koreya, Kanada və Norveç.

Nobel mükafatl laureatı Pol Kruqman belə hesab edir ki, böhran o zaman baş verir ki, a) özəl sektorun borcluluq səviyyəsi ÜDM-a münasibətdə həddindən artıq yüksəkdir; b) ÜDM-a münasibətdə borclar həddindən artıq sürətlə artır. Kreditlərin artımı yavaşladıqda və yaxud ümumiyyətlə dayandıqda yeni borcalanlar kreditdən əldə etməkdən qorxur. Bu zaman maliyyə piramidaları və digər oxşar sxemlər Ponçi prinsipi əsasında dağılır. Kreditlərin artımı yavaşlandıqda bu hətta mənfi nəticələrə səbəb ola bilər.

Stiv Kin belə hesab edir ki, qlobal maliyyə böhranının təbiəti məhz bu cürdür. Pol Kruqmandan başqa bu nəzəriyyəni digər iqtisadçılar da dəstəkləyir.

Amerikada maliyyə böhranı kreditlərin artım tempi enməyə başladığı zaman baş vermişdi. Geniş miqyaslı resessiya 2008-ci ildə başlamış və iki ildən sonra başa çatmışdır. Böhranın başladığı ilk zaman, yəni 2008-ci ildə ÜDM həcmi və kreditlərin artımı pik nöqtədə idi və bu andan etibarən bu göstəricilər qəfil olaraq enməyə başlayır. Bu enmə 2010-cu ilə qədər, Amerika iqtisadiyyatının bərpa olunduğu ana qədər davam etdi.

BIS məlumatları professor Kin-ə böhran üçün əsas əlamətlər mövcud olduğu halda belə dünya maliyyə böhranı zamanı ciddi tənəzzüldən xilas ola bilmiş bir neçə ölkəni təyin etməyə imkan verib.

Forbesdə məqalə müəllifi son 150 ildə baş vermiş böhranlar haqqında çox geniş araşdırma aparmış keçmiş bankir Riçard Beyq-ə istinad etmişdir. Riçard Beyq isə öz növbəsində belə qənaətə gəlmişdir ki, böhran o zaman baş verir ki, a) özəl sektorun borcluluq səviyyəsi 1,5 dəfə ÜDM-u geridə qoyur; b) özəl sektorun borcluluq səviyyəsi ÜDM-ə münasibətdə 5 illik dövr ərzində təqribən 20% artır.

2008-ci ildə ABŞ dünyanın bir çox ölkələri kimi hər iki kriteriyaya sahib idi. Kin BIS məlumatları əsasənda Beyq-in ilk kriteriyasına uyğun gələn 21 ölkəni təyin etmişdir. Bu ölkələrin 16-sında özəl sektorun borcluluq səviyyəsi ÜDM-ə münasibətdə 175% təşkil edir.

Birinci kriteriya üzrə Çin və Honkonq iqtisadiyyatı özünü biruzə verməkdədir. Siyahıya düşmüş 7 ölkənin hər birində kreditlərin artımı məcmu tələbinin əhəmiyyətli komponenti olaraq qalmaqdadır. O yavaşladıqda iqtisadiyyat resessiyaya doğru gedir.

Bu ölkələrdə resessiyanın dəqiq olaraq nə zaman baş verəcəyini təyin etmək mümkün deyil. Bu özəl sektorun banklardan kredit əldə etmək, bankların isə kredit vermək həvəsinin tamamilə yox olacağı dövrdən asılıdır. Lakin dövlətin apardığı siyasət bu prosesi ləngidə bilər. Digər tərəfdən isə, kreditlərin artımı tamamilə dayandıqda onu ömürlük olaraq ləngitmək mümkün deyil. Bu ölkələrin əksəriyyəti 2008-ci ilin böhranını asanlıqla keçirə bildi. Lakin kredit artımı dayandığı gün bu ölkələr maliyyə böhranından ciddi şəkildə əziyyət çəkmiş uzun iqtisadiyyatlar siyahısına daxil olacaqlar.

Son xəbərlər
Digər xəbərlər