Risklərin İdarə Edilməsi Departamentinin Əməliyyat Risklərinin İdarə Edilməsi Şöbəsində Mütəxəssis – Kapital Bank

Ümumi məlumat

Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Əməliyyat Risklərinin İdarə Edilməsi Şöbəsində Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi metodlarının hazırlanması;
  • Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər vermək;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabtlığın aparılması;
  • Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması və nəticələr əsasında təkliflərin verilməsi;
  • Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak;
  • Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılması;
  • Audit yoxlaması nəticəsində qeyd edilən məqamların aradan qaldırılması üzrə tədbirlər planının və problemlərin eskalasiyası.

Tələblər

  • Maliyyə və ya iqtisadi sahədə ali təhsil;
  • Yüksək səviyyədə MS Excel və yaxşı dərəcədə SQL  bilikləri;
  • Yüksək analitik  düşünmə və problem həll etmə qabiliyyəti;
  • Komanda tərkibində yüksək işləmə qabliyyəti;
  • Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi;
  • Bank sahəsində ən azı 4, müzafiq sahə üzrə 2 illik iş təcrübəsi.

CV-lərinizi, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hkc@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

📝 RƏY BİLDİR