12 C
Baku
Friday, March 29, 2024

Risklərin analizi, metodologiyası və hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi

Tələblər:

  • İqtisadiyyat və maliyyə sahəsində ali təhsil;
  • Bank sektorunda risk-menecment və ya kredit təhlili sahəsində iş təcrübəsi (ən azı 1 il);
  • Təhlil etmə bacarığı, geniş məlumat bazası ilə işləmək bacarığı;
  • Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları barədə biliklər;
  • Risk-menecment, bank kreditləşməsi, kredit və portfel təhlilinin  aparılması sahəsində biliklər;
  • Rus və Azərbaycan dillərində sərbəst danışmaq (ingilis dili arzuolunandır), bu dillərdə işgüzar yazışma bacarığı;
  • MS Office –Excel proqramını peşəkar səviyyədə bilmək, SQL-də işləmə bacarığı;
  • Məsuliyyətlilik, operativlik, ünsiyyətlilik və komandada işləmək bacarığı.

 Vəzifələri:

  • Bankın kredit portfelinin konsolidasiya olunmuş təhlili (əsas göstəricilərin dəyişmə  dinamikası);
  • Üstünlük təşkil edən risk amillərinin aşkara çıxarılması, risklərin minimallaşdırılması üzrə rəy və təkliflərin formalaşdırılması;
  • Risk menecmenti üzrə modellərinin hazırlanması və təkmilləşdirilməsi;
  • Qanuna uyğunluqların aşkar edilməsi, normativ və indikatorların müəyyən edilməsi məqsədi ilə statistikanın təhlili;
  • Göstərici və indikatorun normativlərdən kənara çıxmalarının səbəblərinin müəyyənləşdirilməsi və mövcud sistem və ya modelin təkminləşdirilməsi haqqında təkliflərin irəli sürülməsi;

Göstəricilərin proqnozlaşdırılması və hesabatların aparılması.

Tələblərə uyğun namizədlər şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

Son xəbərlər
Digər xəbərlər