14 C
Baku
Saturday, April 27, 2024

Risklərin idarə edilməsi departamentinin Modelləşdirmə və gəlirliliyin ölçülməsi şöbəsinin təhlilçisi – ARDNF

Risklərin idarə edilməsi departamentinin Modelləşdirmə və gəlirliliyin ölçülməsi şöbəsinin təhlilçisi
Öhdəliklər:
  • Maliyyə alətləri üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, tənzimlənməsi və nəzarət altında saxlanılması;
  • İnvestisiya portfelinin gəlirliliyinin, bençmarka nəzərən kənarlaşmanın və gəlirlilik üzrə bölgünün hesablanması;
  • İnvestisiya portfelinin maliyyə alətləri və valyutalar üzrə bölgüsünün hesablanması və mütəmadi monitorinqinin həyata keçirilməsi;
  • Şöbənin fəaliyyət istiqamətləri çərçivəsində dövri olaraq hesabatların hazırlanması;
  • Müxtəlif göstəricilər üzrə ssenarilərin Fondun investisiya portfelinə təsirini müəyyən etmək məqsədilə stress testlərin və ssenari təhlillərinin həyata keçirilməsi.
Tələblər:
Təhsil: Ali təhsil (maliyyə/iqtisadi/riyazi). Maliyyə/Biznesin idarə edilməsi sahəsində magistr dərəcəsi və ya FRM, PRM və CFA sahəsində nailiyyətləri olanlara üstünlük verilir.
Təcrübə: Risklərin idarə edilməsi sahəsində 1 ildən çox analoji iş təcrübəsi olanlara üstünlük verilir.
Dil bacarığı: Azərbaycan və ingilis dilində sərbəst danışıq qabiliyyəti və yazı bacarığı vacibdir.
Kompüter bacarığı: Yüksək səviyyədə kompüter biliyi və proqramlaşdırma bacarığı. Maliyyə və statistik analiz məqsədləri üçün proqram paketlərindən istifadə vərdişləri.
Ümumi peşəkar bacarıqlar:
  • Ənənəvi və alternativ maliyyə alətlərini dərindən anlamaq;
  • Ümumi investisiya portfelini gəlirlilik və risk müstəvisində qiymətləndirmək;
  • Gəlirliliyin ölçülməsi və risklərin idarə edilməsi sahəsində biliyə sahib olmaq;
  • Analitik düşünmə, hesabat tərtib etmə və qərarvermə qabiliyyəti, intensiv rejimdə və kollektiv mühitində işləmək qabiliyyəti, beynəlxalq təşkilatlarla ünsiyyətqurma bacarığı.
Vakansiyaya müraciət etmək üçün aşağıdakı linkə daxil olaraq elektron ərizə formasını doldurmaq tələb olunur.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər