15 C
Baku
Friday, March 29, 2024

Risklərin idarə edilməsində “İstilik xəritələri”

Əməliyyat risklərinin idarə edilməsi prosesi zamanı bir sıra risk hadisələri ilə qarşılaşırıq və apardığımız monitorinqlərin, risk özünü-qiymətləndirmə anketlərinin cavabları əsasında  onları müəyyən edirik. Hər bir risk hadisəsi müəssisə və ya banklar üçün müəyyən risklər yaratsa da, biz çox təəsüf ki, bütün risk hadisələrini eyni vaxtda həll edə bilmirik. Bu zaman maraqlı suallar ortaya çıxır, biz hansı risk hadisələrini birinci həll etməliyik? Risk hadisələrinin həll edilmə ardıcıllığı necə müəyyənləşdirilməlidir? Hansı risk hadisəsinin daha prioritet olması menecerlər arasında həmişə müxtəlif fikir ayrılıqları yaradır. Prioritetliyi müəyyən etmək üçün müxtəlif yanaşmalar olsa da, daha çox risk menecmentdə Risk xəritəsi və ya başqa cür desək “İstilik” xəritəsi alətindən geniş istifadə edilir.

Risk xəritəsinin qurulması risk menecmentdə olduqca əhəmiyyətli bir mərhələ kimi çıxış edir. Qeyd edək ki, Risk xəritəsi 3 əsas faktorun əsasında risk hadisələrinin prioritetliyini müəyyən etməyə imkan verir :

  1. Tezlik
  2. Təsir
  3. Nəzarət.

Baş vermiş və ya potensial hadisənin baş vermə ehtimalı və dəyəcək zərər əsasında tezlik və təsir üzrə qiymətləndirmə aparılır. Eyni zamanda nəzarət mexanizminin güclü və ya zəif olmasında aslı olaraq onun da müxtəlif səviyyələri müəyyən edilir.

Müasir dövrdə risk menecmentdə Risk xəritəsini tərtib edərkən əsasən 5×5 ölçülü matrisdən istifadə edilir. Hər bir hadisə üzrə tezlik, təsir və nəzarət amilləri 5-səviyyədə (çox yüksək, yüksək, orta, aşağı və çox aşağı) qiymətləndirilir. Hər bir risk hadisəsinin 3 kriteya üzrə qiymətləndirilməsinə nümünə kimi aşağıdakı cədvəli göstərmək olar.

in1

Yuxarıda qeyd edilən cədvəldə əks edilən bütün risk hadisələrinin sıra nömrəsi onun tezlik və təsirin dən aslı olaraq 5×5 ölçülü matrisdə qeyd edilir.  Aşağıdakı cədvəldən göründüyü kimi, matrisa 5 rəngdə rənglənir aşağı sol küncdən yuxarı sağ küncə doğru dioqnal hərəkət etdikcə rənglər “isti”ləşir. Yüksək riskli və yüksək təsirli hadisələr matrisin daha “isti” xanalarına daxil edilir.

in2

Tezlik və Təsir meyarları əsasında qurulan matrisin hər bir rənginə müvafiq olaraq hadisələr 5 qrupa (tezlik+təsir adlanır) bölünür və rənglərindən aslı olaraq hadisələr çox aşağıdan, çox yüksəyə doğru qiymətləndirilir, növbəti risk matrisində nəzarət meyarı ilə müqayisə edilərək “İstilik” xəritəsinə daxil edilir.

in3

Yuxarıdakı risk matrisində hadisələr Tezlik+Təsir və nəzarət meyarları əsasında rənglərinə görə qruplaşdırılır. “İsti” rəngləri alan risk hadisələri “soyuq” rəngləri alan hadisələrdən daha prioritetdir və həll edilmə ardıcıllığında daha əvvələ düşür.

Göründüyü kimi Risk xəritəsi əməliyyat risk hadisələrinin qruplaşdırılması və prioritetliyin tezlik, təsir və nəzarət meyarları əsasında  müəyyən edilməsi nöqteyi nəzərdən olduqca əlverişli risk alətidir.

Risk xəritəsinin aşağıdakı üstünlükləri vardır:

  1. starateji qərarların alınmasında bankın mövcud vəziyyətini təsvir edən böyük şəkilini formalaşdırır;
  2. risklərin idarə edilməsi prosesinin təkmilləşdirilməsinə köməklik göstərir;
  3. risklərin qiymətləndirilməsi prosesində detallara diqqəti artırır;
  4. risk iştahası və risk dözümlülüyünə mərkəzləşməni gücləndirir;
  5. risklərin idarə olunması və nəzarət prosesində boşluqların müəyyənləşməsinə köməklik göstərir;

Xatırladaq ki, bu məqalədə INNAB-ın Praktik Risk Menecment kursunda tətbiq olunan İstilik xəritəsinə dair qisa izah verilmişdir. İstilik xəritəsi  haqqında baza biliklərin formalaşdırılması və istilik xərtəsinin tərtib olunması prosesi Praktik Risk Menecment kursunda öyrədiləcək.

Kursun planı ilə bu linkdən tanış ola bilərsiniz

Ətraflı məlumat üçün 050 290 6121 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər