23 C
Baku
Thursday, April 25, 2024

Rogers Holdings sahibi 2018-ci qlobal maliyyə böhranı ilə bağlı xəbərdarlıq etdi

Banker.az saytı xəbər verir ki, amerikalı investor, Rogers Holdings-in sahibi Jim Rogers 2018-ci ildə qlobal maliyyə böhranının baş verə biləcəyi ilə bağlı proqnoz verib. Onun sözlərinə görə, böhran 2018-ci ildə, hətta 2017-ci ilin sonunda baş verə bilər.

Rogersin sözlərinə görə, böhran dünyanın istənilən nöqtəsindən qaynaqlana bilər, “yeni Lehman Brothers” isə avropalı və yaxud çin maliyyə institutu olacaq.

“Bu yunan iqtisadiyyatının son çöküşü də ola bilər, ABŞ-ın təqaüd planları da. Faktiki ödənişlər dayanmayacaq, lakin fondlardakı texniki pullar bitir və ABŞ-ın aparıcı təqaüd fondlarının problemlərinin başladığını görəcəksiniz” – deyə Rogers qeyd edib.

Böhrana necə hazırlaşmaq lazımdır sualına cavab olaraq isə Jim Rogers amerikalı texnoloji şirkətlərin səhmləri üzrə “qısa” pozisiyalar açmağı təklif edib.

Jim Rogers-in fikrincə maliyyə böhranı investorların təhlükəsiz aktivlərə “axınına” səbəb olacaq. Bunlardan biri də dollar hesab olunduğundan “köpüyün” yaranmasına gətirib çıxaracaq.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər