Ronaldo-nun Juventus-a keçidi xəbəri klubun səhmlərini bahalaşdırır

Futbolçu Kriştiano Ronaldo-nun yay transfer pəncərəsində İtaliya və eləcə dünyaca məşhur klub olan Juventus-a keçmə xəbəri klubun səhmlərini “sürpriz” şəkildə bahalaşdırıb.

Bu həftənin çərşənbə günü yayılan məlumatda deyilir ki, portugalyalı hücümçü üçün Madrid “Real”ına 100 mln. avro (117 mln dollar) ödənilməsi üçün anlaşmanın baş tutduğunu qeyd edilir.

Qeyd edək ki, K. Ronaldo “Real Madrid”ə 2009-cu ildən qatılıb və məşhur “Ballons d’Or”u 5 dəfə almaqla futbol tarixinin ən böyük oyunçusu kimi adını tarixə yazıb.

Transferi reallaşdıran İtaliyan klub, Juventus-un səhmləri həftənin çərşənbə axşamından başlayaraq 8% bahalaşma olub. Milan birjalarında hər bir səhmin 0,06 avro yəni, 6,3%  0,83 avro qiymətində olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında Real Madrid heyyətində Juventus-a vurduğu “qayçıvari zərbə” zərbədən sonra isə klubun səhmləri əksinə, ucuzlaşmışdı.

Screen Shot 2018 07 05 at 12.09.24