12 C
Baku
Friday, March 29, 2024

Rotşildlər sərvətini necə qazanıb?

“Rotşild” sözü bir çoxlarının şüurunda zənginlik, hakimiyyət, uğur və təbii ki, pul sözlərini əvəz edir. Öz tarixçəsini XVIII əsrin sonunda Frankfurtda başlayana Avropanın bu məşhur sülaləsinin nümayəndələri beynəlxalq maliyyə iştirakçıları idilər.

Mayer Amşel Rotşild sülalənin və eyni adlı bankın yaradıcısı idi və Forbes jurnalı tərəfindən bəşəriyyət tarixinin ən nüfuzlu sahibkarları siyahısına daxil edilmişdi. O maliyyə sahəsinə ilk dəfə olaraq müxtəlif növ qiymətli kağızlara kapital yatırımı, ani məlumat mübadiləsi, məxfilik və kütləvilik kimi cəhətləri gətirmişdir. Mayer pul qazanmaq üçün pul xərcləməyə hazır idi.

Mayer Amşel Rotşild 1744-cü ildə doğulub. O ilk mərtəbəsi kiçik mağaza olan iki mərtəbəli evdə doğulmuşdu. Mayerin atası tacir idi və pul mübadiləsi ilə məşğul olurdu. Onun pul mübadiləsi üçün kiçik məkanı və ipək paltarlar satan mağazası var idi. Onun müştəriləri sırasında kral ailəsinin üzvləri var idi. Lakin Amşeli varlı insan adlandırmaq olmazdı.

Valideynləri dünyasını dəyişdikdən sonra 12 yaşlı Mayer Hannoverə maliyyə təhsili almağa yollanır. Mayer kral ailəsinə kreditlər verən, qızıl ticarəti ilə məşğul olan və həmçinin beynəlxalq ticarətdə iştirak edən Oppenheimer kontorunda şagird olaraq işləməyə başlayır.

Atasının  ən vacib müştərisi Mayerin ən vacib müştərisinə çevrilir.

Mayer qraf Uilyamın diqqətini qazanmağı bacarır və nadir sikkələrin kolleksiyası və satılmasından yaxşı pullar qazanır. 1769-cu ildə Mayer IX Vilhelmin şəxsi bankiri təyin edilir.

Evlilik Mayerin sərvətini artırır:

1770-ci ildə 27 yaşlı Mayer yerli sələmçinin 17 yaşlı Gutle Şnapper ilə ailə həyatı qurur. Onların 5 oğlu və 5 qızı dünyaya gəlir. Mayer öz vəsiyyətnaməsində öz varisləri üçün sərt evlilik şərtləri təyin etmişdi.

Mayerin antik mağazadan bank işinə keçməsi:

Antik mağaza işlədən Mayer tez-tez öz müştərilərinə pul kreditləri verirdi. Onun sərvəti 1796-cı ildə 4 min guilderdən 60 min guilderə qədər yüksəlir.

Lakin Mayer yaxşı təşkilatçı deyildi və tez-tez pul itkisinə gətirib çıxarırdı. Onun işçilərindən biri 3 il ərzində ondan 30 min guilder oğurlamışdı. Mayer məhkəmə prosesində öz işçilərinə həddindən artıq etibar etdiyini və pul kisələrini yoxlamadan kontorda qoyduğunu demişdi.

Siyasi və texnoloji inqilablar Mayerə böyük sərvət qazandırır:

Fransa inqilabı dövründə Mayer Avstriya ordusunun maliyyələşdirilməsindən böyük gəlir əldə edir. O həmçinin ingilis tekstilinin idxalı ilə də məşğul olurdu. Tezliklə Mayer İngiltərə və digər Avropa ölkələrində özünə biznes yaradır.

Rotşildlər sülaləsinin emblemində zəncirin birləşdirdiyi 5 ox təsvir edilib ki, bu da Mayer Amşelin 5 oğlunun ittifaqını simvolizə edir. XIX əsrin əvvəlində Mayer öz oğullarını Frankfurt, Neapol, Vyana, Paris və Londonda bank yaratmağa göndərir. Bu da Rotşildlər sülaləsinin qlobal bank fəaliyyətinin əsasını qoyur.

Mayer öz vəsiyyətnaməsində sərt şəkildə qan qohumluğu olmayan bir şəxs ilə ailə həyatı qurmağı qadağan edir.

Mayer çox qorxurdu ki, ailə sərvəti sülalənin yeni üzvləri tərəfindən israf ediləcək. Bu səbəbdən də öz vəsiyyətində ailənin qadın cinsinə məxsus nümayəndələrinə miras verməyi qadağan etmişdi.

Onun 4 qız nəvəsi öz əmisi oğlu, 1-i isə öz əmisinə ərə gedib.

Son xəbərlər
Digər xəbərlər