15 C
Baku
Friday, March 29, 2024

Rövnəq Abdullayev: Artıq 2,5 milyard dollar xərclənib

“Dövlət bizə kömək edir”.

Türkiyə ərazisindən keçəcək Transanadolu qaz kəmərinin (TANAP) borularının qaynaqlanmasına iyulda başlamaq planlaşdırılır, layihənin həyata keçirilməsi və Azərbaycanın “Şahdəniz” yatağının işlənilməsi qrafiki qabaqlamaqla həyata keçirilir.

Oxu.Az Praym-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.

“O, (TANAP – red.) tikilir… artıq 2,5 milyard dollar xərclənib, 6 milyard dollarlıq tikinti, boru tədarükü müqavilələri imzalanıb, tenderlər başa çatıb və boruların qəbuluna hazırlıq gedir… və yəqin ki, iyulda ilk qaynaqlama işi başlayacaq. Düşünürük ki, 2018-ci ilin birinci rübündə “Şahdəniz-2”dən hasil olunan ilk qaz Türkiyəyə tədarük olunacaq”, – deyə, Abdullayev vurğulayıb.

“Həm “Şahdəniz”, həm də “TANAP” üzrə işlər qrafiki qabaqlamaqla gedir… Maliyyələşdirmə ilə bağlı problem yoxdur. Dövlət bizə kömək edir”, – deyə, o, əlavə edib.

Xatırladaq ki, “Cənub qaz dəhlizi” layihəsi 2019-cu ilə Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniyadan keçməklə İtaliyanın cənubuna TANAP-TAP qaz kəmərləri sisteminin çəkilişini nəzərdə tutur.

Bu kəmərlərlə Türkiyəyə ildə 6 mlrd, Avropaya isə 10 mlrd. kubmetr qaz tədarük etmək planlaşdırılır.

Layihənin dəyəri 45-48 mlrd., TANAP-ın çəkiliş xərcləri isə 10 mlrd. dollar qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər