14 C
Baku
Thursday, April 25, 2024

Rusiya ƏDV-ni 21-22%-ə qaldıra bilər

Rusiya hökuməti vergi manevri həyata keçirməyə hazırlaşır. Bunu Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Aleksey Kudrin bildirib.

“Vergi manevri – sığorta ödənişlərinin 36%-dən 22%-ə endirilməsini və bununla da əmək haqlarına yükün azaldılmasını nəzərdə tutur. Bununla yanaşı, bu addım əmək haqlarının leqallaşmasına kömək edəcək. Büdcədə yaranacaq yükü isə ƏDV-nin 18%-dən 22%-ə artırılaraq balanslaşdırılması nəzərdə tutulur. Hazırda hər iki dəyişikliyin 21%-ə çatdırılması variantı müzakirə edilir. Maliyyə Nazirliyi buna qarşıdır. Nazirlik 22% variantında büdcənin itkiylə üzləşməyəcəyini bildirir”, – deyə Kudrin qeyd edib.

Onun fikrincə, atılacaq addımın “kölgə iqtisadiyyatı”nın azaldılmasına təsiri qısa zamanda olmayacaq.

Rusiya sənayeçi və təşəbbüskarları İttifaqı sədrinin müavini İlya Trunin bildirib ki, vergi manevri prezident seçkilərindən sonra həyata keçirilməlidir. İttifaqın sədri Aleksandr Şoxin isə əlavə edib ki, biznes bu dəyişikliklərin müzakirəsində iştirak etmək istəyir.

© Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər