16 C
Baku
Friday, April 26, 2024

Rusiya ABŞ-ın qiymətli kağızlar xəzinəsinin ən böyük sahibləri siyahısından çıxıb

Rusiya ABŞ dövlət istiqrazlarının ən çox sahib olanların siyahısından çıxıb. İki ay ərzində Moskva 80 milyard dolardan artıq qiymətli kağızdan imtina edib.

ABŞ Xəzinadarlığı ABŞ istiqrazlarının ən böyük sahibləri olan ölkələr haqqında hesabat təqdim edib. Siyahıya 33 ölkə daxildir, bunlar arasında Rusiya yoxdur. Bu isə bu il may ayında Moskvaya məxsus olan xəzinədə qiymətli kağızların ümumi məbləğinin 30 milyard dollardan az olması deməkdir.

Maliyyə Nazirliyinin məlumatına görə, may ayının sonuna qədər Rusyanın 14.9 milyard dollar dəyərində istiqrazları var idi, bu isə Qazaxıstan və Cənubi Afrikada olan istiqrazlardan azdır.

Müqaisə üçün: Aprel ayında Rusyaya 48.7 milyard dollarlıq istiqrazlar daxil olub, hətda bu göstərici mart ayında 96 milyard dolları ötmüşdü. Bu vaxt Rusiya Kanadanı, Fransanı və Almaniyanı keçərək siyahının ortasında qərarlanmışdı. 2017-ci ilin sonunda Rusiyanın 102.2 milyard dollar dəyərində amerikan qiymətli kağızları var idi.

19 aprel göstəricilərini şərh edən Rusya Bankının rəhbəri Elvira Nabuillina, hökümətin bütün riskləri- maliyyə, iqtisadi və geosiyasi cəhətdən nəzərə alaraq qiymətləndirmə siyasətini həyata keçirdiyini bildirib.

Eyni zamanda, Nabuillina Mərkəzi Bankın ABŞ-dan çıxarılmış ehtiyyatların hara yerləşdirildiyini açıqlamaqdan imtina etdi. O, tənzimləyici hərəkətlərin ilk dəfə ictimai şirlkətlərə təsir edən aprel sanskiyalarına aid olub-olmadığını da deməyib.

Mərkəzi Bankın aprel-may aylarında ümumi beynalxalq ehtiyyatları demək olar ki  dəyişməyib (təxminən 457 milyard dollar), yəni MB bir aktivdən digərinə keçidlər edir. Bu dövrdə, xarici qiymətli kağızlara qoyulan ehtiyyatlar 47 milyard dollar azalaraq, 226 milyard dollara düşüb, diğər banklarda, Beynalxalq Hesablaşmalar Bankında, BVF-də və xarici kommersiya banklarında əmanət ehtiyyatları demək olar ki 47milyard dollar(140 milyard dollara qədər)  artmışdır.

Bundan əlavə, Mərkəzi Bank aprel-may aylarında 1 milyondan çox troy unsiya qızıl alıb. 2010-cu ildə Rusiyanın, ABŞ-ın dövlət borcuna maksimum investisyası 176.3 milyard dollar təşkil edirdi.

May ayında ABŞ dövlət istiqrazlarının ən böyük sahibləri Çin(1.183.1 milyard dollar), İrlandiya(1048.8 milyard dollar), Brazilya(299.2 milyard dollar) və Böyük Britaniya(265 milyard dollar) olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər