15 C
Baku
Friday, March 29, 2024

Rusiya “Alibaba” ilə birgə müəssisə yaradır

Rusiyanın “Sberbank”ı ilə Çinin “Alibaba Group” internet ticarəti platforması elektron ticarət sahəsində birgə müəssisə yarada bilər.

“Kommersant”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya hökuməti, Mərkəzi Bankı və prezident administrasiyası nümayəndələrinin iştirakı ilə danışıqlar aparılır. Artıq tərəflər anlaşmanın şərtlərini razılaşdırmağa yaxındır. Çinlilərlə sonuncu görüş ötən həftə keçirilib.

 

Birgə müəssisənin Rusiyaya məxsus hüquqi şəxs kimi yaradılması nəzərdə tutulur. “Sberbank”ın payı 50 faizdən çox olacaq.

 

“Söhbət bir neçə milyard dollar dəyəri olacaq şirkətin yaradılmasından gedir. Bu şirkət Rusiya və bir sıra digər ölkələrdə, transsərhəd internet-kommersiya bazarında iri oyunçu olacaq”, – deyə “Kommersant”a məlumat verən mənbə bildirib.Rusiyanın “Sberbank”ı ilə Çinin “Alibaba Group” internet ticarəti platforması elektron ticarət sahəsində birgə müəssisə yarada bilər.

“Kommersant”a istinadən məlumata görə, bu barədə Rusiya hökuməti, Mərkəzi Bankı və prezident administrasiyası nümayəndələrinin iştirakı ilə danışıqlar aparılır. Artıq tərəflər anlaşmanın şərtlərini razılaşdırmağa yaxındır. Çinlilərlə sonuncu görüş ötən həftə keçirilib.

Birgə müəssisənin Rusiyaya məxsus hüquqi şəxs kimi yaradılması nəzərdə tutulur. “Sberbank”ın payı 50 faizdən çox olacaq.

“Söhbət bir neçə milyard dollar dəyəri olacaq şirkətin yaradılmasından gedir. Bu şirkət Rusiya və bir sıra digər ölkələrdə, transsərhəd internet-kommersiya bazarında iri oyunçu olacaq”, – deyə “Kommersant”a məlumat verən mənbə bildirib.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər