19 C
Baku
Thursday, April 25, 2024

Rusiya Azərbaycana “Isuzu” markalı avtomobillər ixrac edəcək

Yaponiyanın avtomobil istehsalçısı olan “Isuzu” şirkəti 5 il bundan əvvəl Rusiyanın Ulyanovsk bölgəsində açdığı zavodunda 40 ton yükgötürmə qabiliyyətinə malik “Isuzu E-Series” markalı yük maşınlarının istehsalına başlayıb.

Bu barədə agentlik Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, indiyə qədər bu müəssisədə “Isuzu”nun 5-18 ton yükgötürmə qabiliyyəti olan yüngül və orta tonnajlı modelləri yığılıb. Ötən il bu modellərin istehsal həcmi 2 700 ədəd olub. Bu il isə Ulyanovskda 60% çox – 4 300 ədəd yük maşınının yığılması planlaşdırılır. Zavodun hədəfi isə illik istehsal həcmini 10 min ədədə çatdırmaqdır.

Qeyd olunur ki, hazırda Rusiyada yalnız avtomobillərin ən sadə detalları (30%) hazırlanır, mühərrik və sürət qutuları isə xaricdən tədarük olunur.

Hazırda Ulyanovskda istehsal olunan yük avtomobilləri Rusiya ilə yanaşı Belarus və Qazaxıstanda da satılır. Bu ildən isə “Isuzu” markasının Azərbaycan bazarına çıxarılması, ölkənin zavodun ixracında 5% paya malik olması planlaşdırılır.

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər