13 C
Baku
Friday, April 19, 2024

Rusiya banklarında müştəriləri bu üsülla tanıyacaq

2018-ci ildən Rusiyanın bəzi banklarında müştərilərin gözünün tor qişası ilə tanınması sistemi tətbiq ediləcək. Bu, şəxsiyyətinin təsdiqi üçün ən etibarlı üsuldur.

“vistanews.ru”ya istinadən, bu funksiyanı ilk olaraq “VTB Bank” tətbiq edəcək. Bankın rəsmi təmsilçisi artıq yeni ilin əvvəlindən sistemin tətbiqini vəd edib. “VTB Bank”dan sonra bu sistem ilə “Biqbank” işləyəcək.

Banklar təxminən 2-3 il sonra layihəni həyata keçirməyi vəd edir. Hazırda “VTB Bank” bu skanerlərin istehsalçısı ilə işləyir. “Tinkoff Bank” isə hələ ki, sistemin yaradılması imkanlarını nəzərdən keçirir.

Onlar bankın mobil əlavələrində istifadə olunacaq. Həmçinin bank smartfon istehsalçısı ilə əməkdaşlığı planlaşdırır, lakin istehsalçı haqqında hələlik məlumat verilmir. Bu funksiya bankların şöbələrində, bankomatlarda, terminallarda və smartfonda tətbiq ediləcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər