27 C
Baku
Wednesday, April 24, 2024

Rusiya iqtisadiyyatı proqnozları doğrultmayıb

Rusiya iqtisadiyyatı 2016-cı ilin yanvar-may aylarında keçən ilin analoji dövrü ilə müqayisədə 1% azalıb. “VneşEkonomBank”ın (VEB) baş analitiki Andrey Klepaçın sözlərinə görə, faktiki göstərici gözləntilərdən çox aşağı olub. Reportun “RBK” agentliyinə istinadən verdiyi xəbərə görə, hesablama Rusiya İqtisadi İnkişaf Nazirliyi (İİN) tərəfindən aparılıb. Nazirliyin hesabatında həmçinin qeyd olunub ki, may ayında Rusiya iqtisadiyyatı keçən ilin analoji dövrü ilə müqayisədə 0,8%, əvvəlki ayla müqayisədə isə 0,1% azalma göstərib. Azalma əsasən dağ-mədən, tikinti və pərakəndə ticarətdə qeydə alınıb. May ayı ərzində inkişaf göstərən sektorlar arasında kənd təsərrüfatı olub.

VEB-in hesablamalarına görə, mayda Rusiya iqtisadiyyatı İİN-in hesablamalarından daha çox azalıb. VEB aprel ayı ilə müqayisədə 0,4%, yanvar-may ayları ərzində isə keçən ilin analoji dövrünə nisbətən 1,1% azalıb. May ayı ərzində isə keçən ilin anaoloji dövrü ilə müqayisədə 1% düşmə qeydə alınıb.

A.Klepaçın sözlərinə görə, son zamanlar neftin qiymətinin artması və iqtisadiyyatın gələcəyi ilə bağlı müsbət fikir və planların səslənməsinə baxmayaraq, statistika göstərib ki, iqtisadiyyatda mənfi tendensiyanın qırılma hadisəsi hələ baş verməyib. İqtisadiyyat xarici konyunkturanın yaxşılaşması və ixracın artmasına baxmayaraq,  daralır. Pərakəndə ticarətin həcmi rekord müddət – ardıcıl 9 ay azalır, bunun səbəbi isə əhalinin gəlirlərindəki qeyri-sabitliklə bağlıdır. Analitik sənaye istehsalında son zamanlar rublun devalvasiyası nəticəsində yaranmış rəqabətqabiliyətliliyin daxili bazarda tələbin azalmasını kompensasiya etmədiyini və nəticədə ardıcıl 3 aylıq azalmanın yaşandığını vurğulayıb.

A.Klepaç neftin qiymətinin yanvar-fevral aylarında 30 dollar/bareldən aprel və may aylarında müvafiq olaraq 40 və 45 dollara yüksəlməsinin Rusiya iqtisadiyyatına heç bir faydasının olmadığını bildirib və qeyd edib ki, bu aylarda Rusiya iqtisadiyyatı 2015-ci ilin mayına nisbətən 2,5% azalıb. İqtisadi fəallıq may ayının səviyyəsində davam edərsə, ilin sonuna ÜDM 1,5-2% azalacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər