12 C
Baku
Friday, March 29, 2024

Rusiya Mərkəzi Bankı Forex-ə qarşı

Rusiya Mərkəzi Bankı Forex bazarını dəstəkləməyi və onun əhali arasında inkişafına töhfə verməyi lazımsız hesab edir. Bu haqda məlumatı Rusiya Mərkəzi bankının baş sədr müavini Sergey Şveçev Forex bazarının tənzimlənməsi perspektivləri barədə bildirmişdir.

“Forex – kazinodur. O insanların ehtiyaxlarını vəsait yatırmaqla deyil, qumar oyunalrı ilə təmin edir. Maliyyə intizamı olmadan belə məhsullardan istifadə sonda yaxşı nəticələrə gətirib çıxarmır.

Tənzimləyici belə hesab edir ki, Forex-dilerlərin fəaliyyəti Mərkəzi Bankın təyin etdiyi maliyyə bazarlarının inkişafı məqsədlərinə ziddir. Sədr müavininin fikrincə, vətəndaşların bu bazarda itirdikləri vəsait heç bir yerə sərmayə edilmir və yalnızca cibdən-cibə keçir.

Bununla yanaşı, Rusiya Bnakının nümayəndəsinin sözlərinə görə, Forex-in tənzimlənməsi ilə bağlı qanun qəbul edildiyindən tənzimləyici onun vəziyyətini icra edir. Ümumilikdə, o forex-dilerlərin qeydiyyat ərizələrini nəzərdən keçirir. Şveçovun sözlərinə görə, bu qanunun effektivliyini indidən mühakimə etmək tezdir.

Qeyd edək ki, Rusiyada Forex bazarında dilerlik fəaliyyətinin tənzimlənməsi ilə bağıə qanun Dövlət Duması tərəfindən 16 dekabr 2014-cü ildə qəbul edilmiş və 29 dekabr tarixində prezident tərəfindən imzalanmışdır. Bu qanuna əsasən, Forex bazarında işləyən şirkətlər forex-dilerlərin lisenziyasını almalıdırlar.

Son xəbərlər
Digər xəbərlər