19 C
Baku
Thursday, April 25, 2024

Rusiya öz “iPhone”unu buraxacaq – 130 dollara

Rusiyanın “Roselektronika” holdinqi 2018-ci ildə “iPhone” ilə eyni keyfiyyətdə, daha ucuz smartfon istehsal etmək niyyətindədir.

TASS-a istinadən yayılan xəbərə görə, bu barədə “Roselektronika” Səhmdar Cəmiyyətinin rəhbəri İqor Kozlov açıqlama verib. “2018-ci ildə bizim öz milli “İphone”umuz olacaq, qiyməti də 130 dollara yaxın”, – deyə o, söyləyib.

İ. Kozlov smartfonun dizaynı və texniki xüsusiyyətləri haqda məlumat verməyib.

Qeyd edək ki, “Roselektronika” SC “Rostex” dövlət korporasiyasına daxildir. “Rostex”dən hələlik bu məsələyə dair şərh verməyiblər. “Roselektronika” daha əvvəl də yerli smartfon və planşetlər hazırlamaq niyyətini açıqlamışdı.

Lent.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər