26 C
Baku
Saturday, April 20, 2024

Rusiya sanksiyalardan yayınmaq üçün kriptovalyutalardan istifadə edə bilər

Xarici məhdudiyyətlərdən yayınmaq məqsədilə “bitcoin”lərdən istifadə obyektiv zərurət çevrilə bilər. “Report” “Rambler News Service”ə istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidentinin müşaviri Sergey Qlazyev Prezident Administrasiyasında kriptovalyutaların hüquqi statusu barədə keçirilən müzakirələr zamanı çıxış edib.

“Kriptovalyutalardan istifadə etmək üçün obyektiv zərurət yaranıb. Birincisi, banklar sanksiyalarla üzləşib və hesablaşmalar həyata keçirmək istəmir. Dövlət üçün önəmli bəzi fəaliyyət növləri üzrə bu maliyyə aləti bizə çox yarayır. Sanksiyalara baxmayaraq, kontragentlərimizlə bu yolla hesablaşmalar apara bilərik”, – deyə S.Qlazyev əlavə edib.

Müşavir həmçinin milli kriptovalyutanın yaradıla biləcəyini də açıqlayıb: “Blokçeyn vasitəsilə rəqəmsal rubl və ya kriptorubl tədavülə buraxıla bilər”.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər