26 C
Baku
Friday, April 19, 2024

Rusiya vətəndaşı Azərbaycana iri məbləğdə valyuta gətirməyə çalışıb

Azərbaycan gömrükçüləri ölkəyə iri məbləğdə valyutanın qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

“Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Rusiya vətəndaşının idarə etdiyi “Mersedes Benz Sprinter” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib”, – deyə məlumatda deyilir.

Yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük orqanına bəyan edilməyən 33,95 min ABŞ dolları və 123,5 min Rusiya rublu, həmçinin 2 ədəd kibrit qutusunda xalis çəkisi 4,378 qram təşkil edən narkotik vasitə-marixuana, 15 ədəd “Belomorkanal” markalı papiroslar aşkar edilib.

Son xəbərlər
Digər xəbərlər