14 C
Baku
Thursday, April 25, 2024

Rusiyada çoxmərhələli bank sistemi haqqında qanun layihəsi qəbul edilib

2019-cu ilin 1 yanvar tarixindən etibarən 1 milyard rubla qədər kapitala sahib banklar baza lisenziyası almalı olacaqlar.

Dövlət Duması çoxmərhələli bank sistemi haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib. Bu qanun layihəsinə əsasən, kredit təşkilatlarını iki növ lisenziya üzrə ayırmaq təklif edilir – 1 milyard rubla qədər kapitala sahib olan banklar baza lisenziyası, 1 milyard rubl və ondan daha çox kapitala sahib təşkilatlar isə universal lisenziyası əldə edəcək.

Qanun layihəsinin müəlliflərindən biri, Dövlət Dumasının maliyyə bazarları üzrə komitəsinin sədri Anatoliy Aksakov qeyd edib ki, baza lisenziyasına sahib banklar üçün nəzarət yükü və tənzimləyici tələblər iki dəfə endiriləcək. Bununla yanaşı, onlar yerinə yetirilən əməliyyatlar toplusu ilə kifayətlənəcək. Ümumilikdə, belə banklar ölkədən xaricdə müxbir hesabları aça və yüksək riskə malik qiymətli kağızlarla işləyə bilməyəcək.

Image result for russian duma
Rus Duması

“Qanun layihəsi çoxmərhələli bank sisteminin tənzimlənməsinin mütəmadi həyata keçirilməsi mexanizmini nəzərdən keçirir. 1 milyard rubla qədər kapitala sahib olan banklar 1 yanvar 2019-cu ilə qədər bütün prosedurları tamamlamalı və baza lisenziyasını almalıdır” – deyə Regional banklar assosiasiyasının mətbuat xidməti qeyd edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər