18 C
Baku
Tuesday, April 23, 2024

Rusiyadan 5 ayda 23 milyard dollar çıxarılıb

Bu ilin ilk beş ayı ərzində Rusiyadan çıxarılan xalis kapitalın həcmi 23,3 mlrd. ABŞ dolları təşkil edib.

Rusiya Mərkəzi bankına istinadən xəbər verir ki, ötən il ilə müqayisədə bu ölkənin xalis kapital ixracı 24% artıb. Belə ki, ötən il Rusiyadan xalis kapital ixracı 18,8 mlrd. dollar olub.

Tənzimləyicinin məlumatına görə, xalis kapital ixracının 3/4-ü digər sektorlarda qeyri-rezidentlərlə əməliyyatların payına düşüb.

“Əgər 2017-ci ildə maliyyə cəlbi və xaricdə müxtəlif sektorlarda vəsaitlərin yerləşdirilməsi balanslaşdırılmışdısa, cari ildə xarici öhdəliklərin minimum yüksəlməsi ilə xalis maliyyə aktivlərinin cəlbində nəzərəçarpacaq artım qeydə alınıb”, – deyə məlumatda vurğulanıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər