Rusiyadan kapital axını 2 dəfədən çox artıb

Rusiya Bankının (Mərkəzi Bank) ilkin qiymətləndirməsinə görə, bu ilin yanvar ayında ölkədən kapital axını 7,1 mlrd. ABŞ dolları təşkil edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 4 mlrd. dollar və yaxud 2,3 dəfə çoxdur.

Kəskin artım yerli bankların xarici öhdəliklərini yerinə yetirməsi ilə izah olunur.

Rusiya Bankı dekabrda bəyan etmişdi ki, əgər 2018-ci ildə dünya bazarında neftin 1 barrelinin qiyməti orta hesabla 55 dollar olarsa, ölkədən kapital axını 16 mlrd. dollar məbləğində proqnozlaşdırıla bilər.

Sözügedən göstərici 2017-ci ildə 31,3 mlrd. dollar təşkil edib ki, bu da 2016-cı ilə nisbətən 11,5 mlrd. dollar və yaxud 58% çoxdur.

📝 RƏY BİLDİR