15 C
Baku
Saturday, April 20, 2024

Rusiyanın ən varlı adamı bu il 362 mln. dollar itirib

“Bloomberg” agentliyi bu ilin I rübünün yekunlarına əsasən, Milyarderlər İndeksini yeniləyib.

Rusiya mətbuatına istinadən, siyahıya liderliyi “Amazon”un qurucusu Ceff Bezos edir. Onun sərvəti 121 mlrd. ABŞ dolları dəyərində qiymətləndirilir.

Növbəti yerlərdə “Microsoft” şirkətinin sahibi Bill Qeyts (90,4 mlrd. dollar) və ABŞ-dan olan iş adamı Uorren Bafet (85,5 mlrd. dollar) qərarlaşıb.

Reytinq cədvəlində 47-ci olan “Severstali”nin İdarə Heyətinin sədri Aleksey Mordaşov Rusiyanın ən varlı adamı olaraq qalmaqdadır. Onun sərvəti 19,3 mlrd. dollar məbləğində qiymətləndirilir ki, bu da ilin əvvəli ilə müqayisədə 362 mln. dollar azdır. Rusiyalı milyarderlər arasında 2-ci yerdə Vladimir Potanin (19,1 mlrd. dollar), 3-cü yerdə Leonid Mixelson (18,6 mlrd. dollar), 4-cü yerdə Vladimir Lisin (18,5 mlrd. dollar), 5-ci yerdə Viktor Vekselberq (16,4 mlrd. dollar) qərarlaşıb.

Ümumiyyətlə, dünyanın ən varlı 500 şəxsinin siyahısına 27 rusiyalı milyarder daxil olub. 2017-ci ildə Milyarderlər İndeksinə daxil olan 25 rusiyalı milyarderin sərvəti 21,6 mlrd. dollar, bu il isə 5,872 mlrd. dollar artıb.

Qeyd edək ki, milyarderlərin sərvətinin dəyərləndirilməsi məsələsində “Bloomberg”lə “Forbes”in mövqeyi üst-üstə düşmür. Belə ki, “Forbes”ə görə, Rusiyanın ən varlı adamı A.Mordaşov yox, 19,9 mlrd. dollarla Vladimir Lisindir. Mordaşovun sərvətini isə “Forbes” 18,4 mlrd. dollar məbləğində qiymətləndirib.


©Report

Son xəbərlər
Digər xəbərlər