Rusiyanın Azərbaycandan olan “əmlak bosları” ildə nə qədər qazanır?

Rusiyanın “Forbes” jurnalı 2017-ci ilin yekunları ilə bağlı ölkənin “əmlak kralları”nın reytinqini tərtib edib.

Jurnala istinadən, reytinqə kommersiya mülkiyyətindən əldə edilən icarə haqqının miqdarı əsas götürülüb.

Siyahıda 30 ən iri əmlakçı arasında Azərbaycan əsilli iş adamları da yer alıb.

İlk pilləni Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədən olan Qod NisanovZarah İliyevin sahibi olduqları “Kiyev meydanı” şirkəti tutur. Bu şirkətin tərkibindəki ticarət, ofis, mehmanxana, anbar və sərgi zallarından ildə 1,535 milyard dollar gəlir əldə olunur.

Xüsusən ticarət obyektləri, bazarlar Azərbaycandan olan milyarderlərə 1,231 milyard dollar qazandırır.

İcarədarlar arasında 5-ci yeri isə daha bir Azərbaycan əsilli iş adamı Araz Ağalarov tutub. Ona məxsus “Crocus Group” ildə 370 milyon dollar qazanır. Şirkərin əsas icarə gəlirlərini “Crocus EKSPO”, “Veqas” ticarət-əyləncə mərkəzi və s. kommersiya obyektlərinin icarəyə verilməsi qazandırıb.