22 C
Baku
Friday, April 19, 2024

Rusiyanın zəngin insanları milli valyutaya etibar etmirlər

Rusiya banklarında xarici valyutada yerləşdirilmiş əmanətlərin faiz dərəcələrinin azalmaqda davam etməsinə baxmayaraq, yerli VİP müştərilər valyuta əmanətlərini rubla konvertasiya etməyə tələsmir.

Bu barədə mənbə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, VİP bank müştəriləri arasında keçirilmiş sorğu göstərib ki, onlar xarici valyuta alətlərinə investisiyalarını artırmaqda davam edirlər.

2016-cı ildə rublun məzənnəsinin 17% artması, dollar əmanətlərinin illik gəlirliliyinin 0,32-1,14%, avro əmanətlərinin faiz dərəcəsinin isə 0,17-0,43% diapazonunda olması, üstəlik rublda əmanət faizlərinin 6,24-6,67% səviyyəsində formalaşması zəngin hesab sahiblərinin xarici valyutadan imtina etməsi ilə nəticələnməyib. Hazırda Rusiyada xarici valyutada olan əmanətlərdən imtina tempi 2008-ci il qlobal maliyyə böhranından sonrakı dövrdən daha aşağıdır.

Bu arada Rusiyanın “VTB24” bankının Müşahidə Şurasının sədri Mixail Zadornov “Qaydar Forumu”nda çıxışında bildirib ki, 2017-ci ilin başlanğıcında yaranan nikbinliyə baxmayaraq insanlar ölkədəki iqtisadi artıma və rubla inanmır: “Bir çox müştərilər xarici valyutadan rubla keçmək istəmir. Xarici valyuda əmanətlərinin məcmu əmanətlərdə xüsusi çəkisi 2016-cı ildə 52%-dən 45%-ə düşüb. Bu, çox böyük azalmadır, amma yenə də əsasən rublun möhkəmlənməsindən qaynaqlanıb”.

“VTB24”-ün vitse-prezidenti və VİP müştərilərlə iş üzrə departament direktoru Pavel Kudryavtsevin sözlərinə görə, VİP müştərilərin xarici valyutada əmanətlərinin ümumi əmanətlərdə payı 67% təşkil edib və il ərzində 3% bəndi azalıb: “Əgər biz rublun il ərzində 17% möhkəmlənməsini nəzərə alsaq görərik ki, VİP müştərilərin xarici valyutada əmanətlərinin real həcmi artım nümayiş etdirib”

“Binbank”ın idarə heyətinin üzvü Oleq Vyuqinə görə isə, “İnsanlar rublun məzənnəsinin neftin qiymətindən asılı olduğunu görüblər. Onlar hazırda neft qiymətlərinin yenidən azalacağını proqnozlaşdırdıqlarından rubla keçməyə tələsmirlər”.

Report

Son xəbərlər
Digər xəbərlər