16 C
Baku
Thursday, March 28, 2024

Rusiyaya xarici valyutanı gizli keçirmək istəyən şəxs istintaqa cəlb olunub

Gömrükçülər külli miqdarda xarici valyutanın Azərbaycan ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı – Sankt-Peterburq aviareysi ilə getmək istəyən və gömrük nəzarətindən keçərkən bəyannamə təqdim etməyən Rusiya vətəndaşı Şöhlət Hüseynovun hərəkətləri şübhə doğurduğuna görə üzərində şəxsi yoxlama aparılıb.

Ş. Hüseynovun üzərində şəxsi yoxlama zamanı şalvarının cibindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, elektron və kağız üzərində yazılı formada bəyan olunmayan 4 000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər