“Səba”da hər bir işçiyə düşən əmək haqları il ərzində azalıb – rəqəmlər

Azərbaycanda qida sənayesi üzrə ixtisaslaşan “Səba” ASC-də işçilərin sayə və hər bir işçiyə düşən əmək haqqı azalıb.

Banker.az xəbər verir ki, bu barədə “Səban”nın 2017-ci il üzrə açıqladığı maliyyə hesabatında deyilir.

Hesabata görə, ilin əvvəli ilə müqayisədə 55 işçi şirkəti tərk edib və ümümi işçilərin sayı 520 nəfərə düşüb. Digər maraqlı məqam isə “Səbada” çalışan hər işçiyə düşən əmək haqqı 2016-cı ildə 758 manat olduğu halda 2017-ci il ərzində 12% azalaraq 668 manat olub.

Bundan əlavə “Səba” ASC ötən ilin 4 rübü ərzində administrativ və işçi heyətinə çəkdiyi  xərclərini 1 mln. azaldaraq 4,17 mln. manata qədər azaldıb.