Səudiyyə Ərəbistanı 13 milyard dolları əhaliyə paylayacaq

Banker.az Reuters agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı rəhbərliyi əhalinin artan həyat dəyərini kompensasiya etmək üçün 2018-ci il ərzində krallığın sakinləri arasında 50 milyard rialı (təqribən 13 milyard dollar) bölüşdürəcək.

Kral Salmanın verdiyi qərara əsasən, Səudiyyə Ərəbistanının dövlət işçilərinə aylıq 1000 rial (təqribən 266 dollar) əlavə ödəniləcək. Bu, 2018-ci ilin əvvəlindən krallıqda benzin qiymətlərinin demək olar ki, iki dəfə artırılması ilə bağlı verilən qərara görədir. Bundan əlavə, təqaüdçülər və hərbi qulluqçular da pul ödənişləri əldə edəcək.

Business Insider nəşrinin məlumatına görə, ümumilikdə Səudiyyə Ərəbistanında 1,2 milyon insan dövlət xidmətindədir.

 

📝 RƏY BİLDİR