Səyahət sığortası nədir və sığorta şirkətləri onu neçəyə satırlar?

Səyahət zamanı ən ehtiyac duyulan maliyyə məhsullarından biri məhz səyahət sığortasıdır. Səyahət Sığortası xarici ölkələrə səyahət zamanı sağlamlığınızla bağlı olaraq ortaya çıxa biləcək bədbəxt hadisə, tibbi xərc və digər riskləri zəmanət altına alır. Ölkəmizin hüdudlarından kənarda olduğumuz zaman gözlənilmədən baş verən hadisələr və qəfil xəstəliklər barədə düşünməyimiz vacibdir. Qarşılaşdığımız qəfil xəstəliklər, bədbəxt hadisələr istirahətimizi, işgüzar əhval-ruhiyyəmizi pozmaqla yanaşı, çox ciddi miqdarda maliyyə vəsaiti də tələb edir. Bu hadisələrdən sığortalanmamaq gələcəkdə baş verəcək təhlükələr qarşısında aciz qalmaq deməkdir.
Əgər bu təhlükələr evimizdən kənarda baş verirsə və köməyimizə heç kim yetişə bilmirsə, onda bizə nə edəcəyimiz barədə yalnız ciddi düşünmək qalır.
Məhz bu səbəbə görə hazırda dünyanın bir çox ölkəsi Səyahət sığortası olmayan şəxslərin öz ölkələrinə daxil olmalarına icazə vermirlər. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi nəticəsində sığorta olunmuş şəxsin:

  • tibbi (ambulator və stasionar) xidmətlər üzrə
  • tibbi daşınma/evakuasiya və repatriasiya
  • hüquqi yardım
  • baqajın itməsi
  • səyahətin ləngiməsi və s.

ilə əlaqədar çəkdiyi xərclər sığorta məbləği həddində ödənilir.

ŞirkətlərÖlkəSığorta məbləğiSəyahət müddətiSığorta təminatı*
A-QroupTürkiyə9,76 AZN7 gün15 000 USD
Ata BankTürkiyə9,33 AZN7 gün15 000 USD
AERQARANTTürkiyə8,94 AZN7 gün5000 USD
Sənaye SığortaTürkiyə8,94 AZN7 gün5 000 USD
Alfa SığortaTürkiyə7,42 AZN7 gün10 000 USD
Atəşgah SığortaTürkiyə7,12 AZN7 gün5 000 USD
Amrah SığortaTürkiyə7 AZN7 gün5 000 USD
Beynəlxalq SığortaTürkiyə6,82 AZN7 gün15 000 USD
AzSığortaTürkiyə13,56 AZN7 gün15 000 USD
AXA MBASKTürkiyə11,36 AZN7 gün15 000 USD
Bakı SığortaTürkiyə10,51 AZN7 gün10 000 USD
İpək Yolu SığortaTürkiyə6.758 gün15 000 USD
Mega SığortaTürkiyə8,30 AZN7 gün5 000 USD
Paşa SığortaTürkiyə11,20 AZN7 gün15 000 USD
Rəvan SığortaTürkiyə8,54 AZN7 gün15 000 EUR
Standard İnsuranceTürkiyə7,29 AZN7 gün5 000 USD
Xalq SığortaTürkiyə3,34 AZN7 gün5 000 USD

Qeyd* Sığorta təminatı Sığorta şirkətlərinin təklif etdiyi minimum məbləğlər üçün nəzərdə tutulmuşdur.