15 C
Baku
Friday, March 29, 2024

Səbr bu həyatda yeganə yatırımdır ki, tarix boyu hər zaman öz bəhrəsini verib – Uorren Baffet

Müəllif: Müstəqil treyder Rüfət Axundov

Bir çox investorlar hesab edirlər ki, elə şirkətlər heç zaman çox baha ola bilməzlər. onlara elə gəlir ki, əgər söhbət möhtəşəm şirkətlərdən gedirsə istənilən qiyməti qəbul etmək olar. Bu çox səhv fikirdir. Hər şey baha ola bilər, hətta dünyanın ən gözəl şirkəti də. Mən bilirdim Coca-Cola əla şirkətdir Amma bilməyim bəs etmirdi, mənə həm də münasib qiymət lazım idi. Uzun illər ərzində mənim hesablamalarıma əsasən Coca-Cola layiq olduğu qiymətdən həddindən artıq yüksəkdə idi, alış üçün sərf etmirdi. Bu səbəbdən mən 20 il səbr etdim.1988-ci ildə isə şirkətin 7% səhmini aldım. Mənim 1,3 milyardlıq alış əməliyyatım indi bazar tərəfindən 9 milyardla qiymətləndirilir. Hər zaman uzun məsafəni görməyə çalışın. Lazımı səbri nümayiş etdirin, səbr bu həyatda yeganə yatırımdır ki, tarix boyu hər zaman öz bəhrəsini verib” – Uorren Baffet

Bəzi yatırımlar cəmi bir neçə il ərzində öz bəhrələrini verdilər, bəziləri isə 20-30 il səbr tələb etdilər. Bəziləri cəmi 2 dəfə öz dəyərini artıra bildilər, bəziləri isə 100 dəfə. Uorren Baffet-in ən çox diqqətə layiq yatırımlarından bəziləri bu şəkildə göstərilib. Mən bilirəm ki, bəziləriniz deyəcək ki, “təsadüfən alınıb və qiymət də təsadüfən yüksəlib”. Amma deyilənlərə baxmayaraq, əminəm ki, Baffet-in seçimlərində təsadüflük olmayıb. Bu seçimlərin hər biri dərindən incələnmiş və planlaşdırılmış addımlar idi. Onlar keçmişdə də mövcud olublar və idi də belə fürsətlər vardır.

970164 220901854726405 259039395 n
Baffetin məşhur bir deyimi var, o deyir ki, “Yatırım edəndə hesab et ki, sənin əlində 20 dəfə möhür vura biləcəyin bir kartın var. Hər dəfə yatırım edəndə, o möhürlərdən birini istifadə edirsən və bu kart sənə bir ömürlük verilib, ikinci belə bir kartın olmayacaq”. Onda sən istəsən də, istəməsən də hər addımını düşünüb, planlaşdırıb atacaqsan, bazar dediyimiz bu meydanda.

Bir zamanlar dünyanın ən zəngin sakini olmuş Baffet məhz bu evdə yaşayır. Ev qiymətinə və ölçülərinə görə küçədə yerləşən başqa evlərdən fərqlənmir. Çox sadə bir evdir. Baffet bir dəfə öz müsahibələrinin birində deyirdi ki, “mən başa düşə bilmirəm ki, özümə dünyanın hər tərəfində bahalı evlər almaqla həyatımı necə yaxşılaşdıra bilərəm. Ona görə də öz evim mənə bəs edir”.

1175020 227896420693615 79323677 n

Omaha, Nebraska. Uorren Baffetin evi

Baffetin qızı Susan isə deyir ki, atam orta amerikan ailəsinin almağa gücü çatdığı bir avtomobil sürür. Bəzən atam maşını o qədər uzun müddət sürür ki, məcbur olub ona deyir “maşınını dəyiş, utandırıcı hal yaratmasın”. Ancaq bundan sonra Uorren gedib özünə təzə maşın alır. Yenə də orta qiymətə, çox sadə bir maşın seçir.

“Bəzən məndən bazarı nə qədər effektiv proqnoz edə bildiyimi soruşurlar. Onlara hər zaman izah etməyə çalışmışam ki, bazarın, iqtisadiyyatın, faiz dərəcələrinin, inflyasiyanın, təsəvvürünüzə gətirə biləcəyiniz istənilən iqtisadi məsələnin mənim üçün əhəmiyyəti ikinci dərəcəlidir. Birinci növbədə biznesin keyfiyyəti dayanır. Bu dəqiqə Greenspan mənim çiynimə yaxınlaşıb qulağıma sabah nə edəcəyini pıçıldasa belə, mən yenə almağı planlaşdırdığım şirkətlərə öz analizlərim əsasında bacağam. Biz (Charlie və mən) bazarın proqnoz edilməsinin mümkünlüyünə inanmırıq. Keyfiyyətli biznes istənilən bir böhrana tab gətirəcək iqtidardadır. Bu fikri bir investor kimi qəbul edib, hər zaman yadda saxlasanız əminəm ki, sizin də bazarın proqnoz edilməsi məsələsinə baxışınız dəyişəcək.” – Uorren Baffet.

1880-ci illərdə Chandler Coca-Cola biznesini 2000 dollara aldı. 1919-cu ildə Coca-Cola səhmləri ilk dəfə bazara çıxarıldı Səhmin qiyməti 40 dollar idi. 1 ildən sonra səhmlər 19 dollara qədər düşdü. Cəmi bir ilə şirkət öz bazar dəyərinin yarısını itirdi. İnsana faciə kimmi görünən bir hadisə hesab edilər bilər. İnsana hətta elə gələ bilər ki, bəlkə şəkərin qiyməti artıb, ya da şüşə istehsalçıları üsyan ediblər. Sizə demək istədiyim odur ki, insanlar həmişə hər hansı bir bəhanə tapmağa hazırdır. Hər hansı bir səhmi almamaq üçün bəhanə tapmaq çətin deyil. Bundan əlavə bu şirkət daha sonralar 1930-cu illərin iqtisadi böhranını, 40-cı illərin ikinci dünya müharibəsini, 50-ci illərin Koreya müharibəsini, 70-ci illərin Vyetnam müharibəsini və ABŞ-Sovet İttifaqı arasında illərlə davam edən soyuq müharibə dövrünün yaşayaraq keçmişdir. Bütün bunlara baxmayaraq, əgər siz 1919-cu ildə cəmi 40 dollara Coca-Cola səhmi alıb, o səhmin verdiyi dividentləri yenidən Coca-Colaya yatırsaydınız, sizin indi 4 milyon dollar pulunuz olardı.

Florida Dövlət Universiteti, 1998

Mən indi başa düşürəm ki, Uorren Baffet nəyə görə qızılı ən axmaq yatırım növü hesab edir. Daha doğrusu ən axmaq yatırım növləri sırasında birinci yerdə nağd pul, ikinci yerdə isə qızıldır, Baffetın sıralamasında ardıcıllıq belə idi. Bu arada demək istəyirəm ki, Siegel sübut edib ki, uzun müddət ərzində səhmlər qazanc nisbətinə görə bütün digər investisiya növlərini üstələyiblər. Bura daxildir daşınmaz əmlak, qızıl və gümüş, istiqrazlar və başqa yatırım sahələri.

1801-2006 illər. 1801-ci ildə səhmlərə edilən 1 dollar yatırım 2006-da 12.7 milyon olardı. Bu isə bütün başqa yatırım növlərini üstələyir (şəkildən göründüyü kimi).

539063 227897744026816 1888296859 n

Son xəbərlər
Digər xəbərlər