4 C
Baku
Friday, March 29, 2024

Sədr: “Azərbaycan kifayət qədər valyuta ehtiyatına malikdir”

“Azərbaycan iqtisadiyyatı kifayət qədər dinamik inkişaf edir. Biz artıq bu gün kifayət qədər valyuta ehtiyatına malikik. Azərbaycan borc alan ölkədən, borc verən ölkəyə çevrilib”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi” adlı konfransda deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda büdcə xərclərinin artım sürəti ölkənin ümumdaxili məhsulundan xeyli yüksəkdir.

“Müstəqilliyin ilk illərində biz bir çox pozisiyaları itirdik. Əgər 2005-2016-cı ildə Azərbaycanda ümum daxili məhsul 8,5 dəfə artmışdısa, hazırda 5 dəfə artıb. Bu gün dövlət büdcəsinin xərcləri ümum daxili məhsulun 30-34 faizini təşkil edir”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər