24 C
Baku
Wednesday, June 26, 2024

Şəhərətrafına dəmir yolu ilə sərnişin daşınmadan ilk rübdə 1 mln. manat gəlir əldə edilib

Azərbaycanda 2024-cü ilin birinci rübü ərzində sərnişin daşınmasından əldə olunan gəlirlərin həcmi illik müqayisədə 38 faiz artıb.

Banker.az xəbər verir ki, dəmiryolu ilə sərnişin daşınmasından 2 milyon 389 min manatlıq gəlir əldə edilib. 2023-cü ilin eyni dövründə isə 1 milyon 735.6 min manatlıq gəlir əldə edilmişdi.

Bildirək ki, Azərbaycanda dəmir yolları ilə sərnişin daşınması üzrə yeganə operator “Azərbaycan Dəmir Yolları” QSC-dir (ADY).

Ölkədə quru sərhədlər bağlı olduğu üçün sərnişin daşınması yalnız daxili daşınma üzrə baş tutub. Bunun da 1 milyon 44.3 min manatı şəhərətrafı reyslərdən əldə olunan gəlirdir ki, öncəki ildən cəmi 5.3 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, daxili reyslərdə sərnişindaşınmadan gəlirlər 25 faizə yaxın artaraq 1 milyon 881.3 min nəfər təşkil edib. 2023-cü ilin ilk rübündə 1 milyon 509.5 min sərnişin daşınmışdı. Hesabat müddətində qatarlar 1 milyon 791 min insanı şəhər ətrafına daşıyıb. Bu da illik 22% artımdır.

Qeyd edək ki, 12 iyun tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib ki, hazırda Vahid Nəqliyyat Strategiyası hazırlanır. Bu strategiyaya əsasən, gələcəkdə Hövsan yolunun da bərpası planlaşdırılır. Eyni zamanda Binə qəsəbəsinə və Hava Limanına dəmir yolunun çəkilməsi sözügedən strategiyada qeyd olunub. Bu işlər də mərhələli qaydada görüləcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər