14 C
Baku
Thursday, March 28, 2024

Səhmlərinin 3 dəfə ucuzlaşmasına əsas SƏBƏB – dividentlərin olmaması

Holcim (Azərbaycan)-ın səhmlərini nominaldan təklif edirlər

Son üç ildə Azərbaycanda xarici kapitalla sement istehsalçısı olan “Holcim (Azərbaycan)” ASC-nin səhmlərinin bazar qiyməti üç dəfə ucuzlaşıb. Əsas səbəb – dividendin olmamasıdır.

Fond bazarında sement şirkətinin səhmlərinə nominalı 20 manat olduğu halda 21 manat verirlər. Mayın 2-də əmək kollektivinin üzvlərindən biri birjada bu qiymətə 186 səhm satıb. Üç il əvvəl bazarda “Holcim (Azərbaycan)” ASC-nin bir səhmi 67 manatdan baha idi. 2013-2014-cü illərdə bir səhmə görə sahibləri müvafiq olaraq 32,42 və 12,48 manat dividend əldə edirdilər. 2017-ci ilin yekunlarına görə “Holcim (Azərbaycan)”-ın xalis mənfəəti 1mln. 759 min manat yaxud bir səhmə 1 manat təşkil edib. Lakin bu ilin mart ayında səhmdarların ümumi yığıncağında mənfəətin bölgüsü ilə bağlı qərar qəbul edilməyib.

Mənbə: Turan İ.A

Son xəbərlər
Digər xəbərlər